Gülay Zeynallı xarici görünüşündə dəyişiklik edib - foto
Arzu Rzayev qısa paltar geyinən qızlara baxır
Rihanna ərəb sevgilisi ilə Meksikada dalaşdı
Aybəniz Haşımova kökəlmədən əziyyət çəkir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Muz life"ın bazar günü efiri maraqlı süjetlərlə zəngindir - həftəlik

15-04-2018


MUZ TV Azərbaycan kanalında yayımlanan "Muz life" xəbərlər buraxılışının aprelin 15-i, bazar günü efiri maraqlı süjetlərlə zəngindir.

Muztv.az xəbər verir ki, geridə qoyduğumuz həftədə yerli və xarici şou dünyasında baş verən maraqlı hadisələrə nəzər sala bilərsiniz. Həftəlik yekun blokunu təqdim edirik.

Bir neçə gün əvvəl yeni klipini təqdim edən Əməkdar Artist Röya Ayxan "Muz life"a maraqlı açıqlamalar verib. İllər öncə oxunan mahnıların daha çox sevilməsi fikrinə qarşı olduğunu bildirən sənətçi bu məsələyə fərqli münasibət bildirib.

İfa və geyim tərzi ilə hər zaman diqqət mərkəzində olan müğənni Zamiq Hüseynov bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib. Subaylığa yenidən əlvida deməyə hazırlaşan sənətçi bəzi həmkarları kimi özəl günündə qapılarını media əhli üçün bağlı saxlayacaq.

Müğənni Xatun Əliyeva ilə həmkarı bəstəkar Murad Arif arasında o qədər də ciddi olmayan problem yaşanıb. Həmkarı Xatun tərəfindən mədəniyyətsiz adlandırılan Murad çox keçmədən xanım müğənniyə cavab göndərib.

Beynəlxalq mətbuat mərkəzində “Sarmaşıqlı məzarlar” filminin təqdimat mərasimi reallaşıb. Ekran əsəri 1918-ci ilin martında Azərbaycana köməyə gəlmiş və döyüşlərdə şəhid olmuş türk əsgərlərinin xatirəsinə həsr olunub.

Aysel Əlizadə "Muz life"a şəxsi həyatı və yaradıcılığı barədə özəl açıqlama verib. Ailə qurarkən iki seçim etmək məcburiyyətində qalacağını bildirən ifaçı aktrisa kimi də özünü sınamaq istəyindən söhbət açıb.

Başı şəxsi biznesinə qarışan müğənni Emil Bədəlov "Muz life"ın qonağı olub. Yaradıcılığındakı yeniliklərdən söhbət açan ifaçı “Kölgə” adlı mahnısına yeni nəfəs verdiyini bildirib. 

Müğənni Aygün Məmmədli nəhayət, pərəstişkarlarını sevindirmək qərarına gəlib. Rejissor Nail Naiboğlu ilə işbirliyi quran ifaçı bu dəfə “Günəşim ol” adlı mahnısına ekran həyatı verib. 

Bu yaxınlarda yeni klipini təqdim edən repçi Abd Malik indi də müğənni Zamiq Hüseynovla iş birliyi qurmaq qərarına gəlib. Sənətçilərin ifa edəcəyi mahnıya klip də çəkiləcəyini söyləyən Malik yay aylarında ritmik mahnı da təqdim edəcəyini bildirib.

Bir çox film və seriallarda rol alan gənc aktyor Türkay Cəfərli kanalımıza yaradıcılığındakı yeniliklərdən söhbət açıb. Müsahibə zamanı film təklifləri aldığını bildirən aktyor əqli cəhətdən zəif insan obrazında özünü sınamaq istədiyini söyləyib.

Müğənni Yaşar Yusub Muz life-ın qonağıdır. Prodüserlərdən söhbət açan ifaçı onların sənətində xüsusi yerləri olduğunu bildirib.

Beləliklə, daim fəaliyyətdə olan yerli və xarici şou-biznes aləmində həftə ərzində baş verən xəbərlərə bu gün saat 19:00-da MUZ TV Azərbaycan kanalının "Muz life" verilişində baxa bilərsiniz.

52 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 İyul
































20 İyul