Samira qəmli statuslar yazır 
Aktrisanın avtomobili ilə fotosessiyası 
"Hakan: Muhafız" serialı dekabrda göstəriləcək
Vüqar meyxanaçılarla daha görüşməyəcək

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bakıda möhtəşəm “7 gözəl” moda sərgisi reallaşdı - reportaj+foto

14-02-2018


Bakıda otellərin birində “7 gözəl” adlı moda nümayişi reallaşıb.

Muztv.az xəbər verir ki, layihənin rəhbəri İsmayıl Qasımov və müəllifi, ssenariti Pərvanə Məmmədovadır. Sərgidə müxtəlif moda evlərinin gəlinlikləri və gecə libasları modellərin təqdimatında nümayişə çıxarılıb.

İlk olaraq səhnəyə “Səs Azərbayca” mahnı yarışmasının iştirakçısı Samirə Əfəndi çıxaraq  “Sarı gəlin” mahnısını səsləndirib.

“Sevgililər günü”nə həsr edilmiş gecədə Samirə səhnə üçün hazırlanmış özəl libası ilə göz qamaşdırıb. O, telekanalımıza açıqlamasında tədbirə könüllü qatıldığını söyləyib:

“Bugünkü tədbirə könüllü qatılmışam.Tamaşaçılar çox möhtəşəm sərgi izlədi.Əynimdəki bu libas da rəssam-modelyer  Lalə Quliyevaya məxsusdur. Gördüyünüz kimi libasın üzərində Azərbaycanın milli arnomentləri var. Hətta libasımın üzərində “7 gözəl” də çəkilib"

Aparıcı Vüsalə Kərimovanın təqdimatı ilə davam edən dəfilədə stilistlər, dizaynerlər, vizajistlər və eləcə də, şou-biznesin tanınmış simaları mükafata layiq görülüblər.

Bununla bağlı süjetə fevralın 14-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Sevda Məmmədova
 





















145 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr






















17 Noyabr