Aygün Səmədzadə: “İncidənlərdən qisas almıram..."
Nəsrin Cavadzadə ənənəsinə sadiq qaldı - foto
Fatimə Fətəliyeva şıdırğı rəqs etdi - video
Sabahın hava proqnozu 

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Natavan barışıq əlini uzatdı

13-02-2018


Uzun müddətdir küsülü olan keçmiş “W-trio” qrupunun solistləri Natavan Həbibi, Röya Ayxan və Elnarə Xəlilovanın barışdığı iddia olunur.

Muztv.az xəbər verir ki, Natavan “Planet parni iz Baku” komandasının onları parodiya etdiyi videonu İnstaqram səhifəsində paylaşıb. Müğənni paylaşımına “Ay səni... Röya Ayxan və Elnarə Xəlilova, günün mövzusu. Sizi öpürəm” sözlərini yazıb.

Natavan paylaşımında şərh yerini də bağlayıb.

E.Xəlilova da bu günlərdə “verdiyi açıqlamada keçmiş rəfiqələrinin ünvanına təriflər yağdırmışdı. O, Natavan və Röyanın ünvanına “Bizim üçümüzün də əqidəmiz, amalımız, ürəyimiz birdir. Müxtəlif məsələlərə eyni yanaşırıq” sözlərini demişdi.

Xatırladaq ki, rəfiqələrin küsməsinə səbəb Röya və Elnarənin Natavan Həbibinin solo konsertinə gəlməməsi olmuşdu. Daha sonra isə onlar bir-birinin ünvanına sərt sözlər söyləmişdilər.

85 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
25 Aprel












































24 Aprel