Günel toya 5365 manatlıq libas geyindi - foto
Naibə Allahverdiyevanın makiyajsız halı - foto
Aysel Teymurzadənin yeni fotosu
“Novator” filminin təqdimatı olub

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Cəfər Cabbarlının qızı vəfat edib

13-02-2018


Azərbaycanın böyük dramaturq və şairi Cəfər Cabbarlının qızı, Cəfər Cabbarlının ev-muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Gülarə Cabbarlı vəfat edib.

Muztv.az Rakus.az-a istinadən xəbər verir ki, Gülarə Cabbarlı ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək.

Gülarə Cabbarlının oğlu Bəhlul Seyfəddinoğlu məlumat verib ki, mərhum saat 14:30-da Mətbuat prospektində yerləşən köhnə müsəlman qəbiristanlığında dəfn olunacaq: "Neçə vaxt idi ki, ürəyində problemlər var idi. Sırağagün 88 yaşı tamam oldu. Vəsiyyətində xalqa, övladlarına əmin-amanlıq arzu etdi. Deyirdi ki, atam qədər yaşamasınlar, atamın əsərləri qədər ömürləri olsun".

Xatırladaq ki, 1930-cu ildə anadan olan Gülarə Cabbarlı 1953-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1968-ci ildə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində baş elmi işçi işləyib, 1979-cu ildə C. Cabbarlının ev-muzeyinə direktor təyin olunub.

Hazırda Cəfər Cabbarlının ev - muzeyinə Gülarə xanımın qızı Qəmər Bağırova rəhbərlik edir. 

98 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 İyun












































20 İyun