Rəqqasə ilə müğənninin rəqsi - video
Model evliliyindən danışdı - foto
Elnar Xəlilov nişanını qaytardı - foto+video
Cennifer Lopezin striptiz göstərəcək

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Kadir İnanır reanimasiyaya yerləşdirildi

12-02-2018


“Yeşilçam” aktyoru Kadir İnanır reanimasiyaya yerləşdirilib.

Muztv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun beyin damarlarında tromp yaranıb. Əməliyyat edilən Kadirin həyatına heç bir təhlükə olmadığı bildirilir.

Altmış doqquz yaşlı İnanırın xəstəxanaya yerləşdirilməsindən sonra sənət dostları və media nümayəndələri oraya axın ediblər.

Təcili cərrahiyyə əməliyyatı olunan K.İnanırın müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.

Həkimlər bildiriblər ki, aktyorun həyatı üçün heç bir təhlükə yoxdur.

Xatırladaq ki, 1949-cu il təvəllüdlü K.İnanır ilk dəfə "Qara gözlüm" filmi ilə məşhurluq qazanıb. O, "Selvi Boylum Al Yazmalım", "Tatar Ramazan", "Bir Yudum Sevgi", "Ölüm Yolu, Fırtına", "Elveda Katya", "Emanet", "Kavgamız", "Katırcılar", "Bitirimler Sosyetede" və başqa ekran əsərlərində rol ifa edib. K.İnanır eyni zamanda bir çox seriallarda baş rolda oynayıb. 

136 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Fevral


































19 Fevral