Elnarə Xəlilova ərinin "eybini" açdı
Nura Suri vegetarian oldu 
"Natavandan küsən mən olmuşam" - Səidə Sultan
Tolik Roza Zərgərlini tənqid etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Aşıq İsfəndiyar Rüstəmov vəfat edib

09-02-2018


Aşıq İsfəndiyar Rüstəmov vəfat edib.

 
Muztv.az xəbər verir ki, aşıq İsfəndiyar uzun sürən xəstəlikdən sonra bu gün 81 yaşında dünyasını dəyişib.

Mərhum sabah Gədəbəydə dəfn olunacaq.

Xatırladaq ki, İsfəndiyar Ədil oğlu Rüstəmov 1937-ci il iyulun 1-də Gədəbəy rayonunda doğulub. 1958-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibəti ilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb. 1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb.

O, 1975-77-ci illərdə keçirilən Ümumittifaq Festivalında da bu ansambl məharətlə çıxış edib, 9 nəfər aşığın hər biri “Qızıl medal”a layiq görülüb. Aşıq İsfəndiyar isə ansamblı yüksək səviyyədə təşkil etdiyinə görə “Qızıl medal”la yanaşı birinci dərəcəli diplom və Azərbaycan Ali Sovetinin fəxri fərmanı ilə təltif edilib. Yaradıcı aşığın fəaliyyəti ölkə rəhbərliyi tərəfindən Əməkdar Mədəniyyət İşçisi fəxri adı ilə qiymətləndirilib.  

 
Aşıq İsfəndiyar bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub və keçirilən yüksək səviyyəli tədbirlərdə iştirak edərək mükafatlarla doğma vətəninə qayıdıb. Aşığın həyat və yaradıcılığı 2007-ci ildə dərc edilmiş “Baş sarıtel” kitabında öz əksini tapıb.

 
Aşıq İsfəndiyar Azərbaycan prezidentinin təqaüdçüsü olub. 2007-ci ildə Aşıq İsfəndiyar haqqında "Ustad nəfəsi" sənədli filmi çəkilib.

317 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Dekabr














































11 Dekabr