Elnarə Xəlilova ərinin "eybini" açdı
Nura Suri vegetarian oldu 
"Natavandan küsən mən olmuşam" - Səidə Sultan
Tolik Roza Zərgərlini tənqid etdi

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Qara Qarayevin 100 illiyi - Bəstəkarlar İttifaqından reportaj

09-02-2018


Bəstəkarlar İttifaqında Azərbaycanın milli musiqisinin görkəmli nümayəndəsi,  dünya şöhrətli bəstəkar  Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr edilmiş elmi konfrans  keçirilib.

Muztv.az xəbər verir ki, konfransda unudulmaz sənətkarın musiqi-ictimai fəaliyyəti, simfonik, kamera orkestri üçün yazdığı əsərləri, pedaqoji fəaliyyəti, filmlərə və dram tamaşalarına bəstələdiyi musiqiləri haqqında geniş məlumat verilib.

Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə və digər incəsənət xadimləri dahi bəstəkarın yaradıcılığına nəzər salaraq fikirlərini bölüşüblər. Bildirilib ki, Qara Qarayevin tələbələri onun qoyduğu şərəfli missiyanı davam etdirirlər.

MUZ TV Azərbaycan kanalına müsahibə verən bəstəkar Elnarə Dadaşova, Əməkdar İncəsənət xadimləri İmruz Əfəndiyeva və Zemfira Qafarova təəssüratlarını bölüşüblər:

Elnarə Dadaşova: 
“Düşünürəm ki, belə konfranslar mütəmadi olaraq keçirilməlidir. Qara Qarayevin bizlərə miras qoyub getdiyi əsərləri, dərin düşüncələri aktuallığını qoruyub saxlayır. Dahiyə ona görə dahi deyirlər ki, o daha çox dərk edir və uzaqgörən olur”.  

Zemfira Qafarova: “Bu tarix həm Azərbaycan, həm də dünya musiqi tarixi üçün önəmli bir hadisələrdən sayılır. Çünki elə bir musiqi  sevər yoxdur ki, Qara Qarayevi tanımasın“.

İmruz Əfəndiyeva: “Qara Qarayev sözü zamanında deyən sənətkar olub. Zaman isə onun sözlərini, əməllərini dəyərləndirib və yüksək zirvələrə qaldırıb“.  

Sonra konfransda Qara Qarayevin Azərbaycan musiqi mədəniyyəti tarixində xidmətlərindən bəhs edən elmi məruzələr dinlənilib.

Bununla bağlı süjetə fevralın  9-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
 
Həvva Mikayılova



193 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Dekabr














































11 Dekabr