Əməkdar artist toya hazırlaşır
Alla Puqaçova 69 yaşında şortik geyindi - foto
Müğənni Rilaya Hüseynzadə hamilədir - foto
Vaqif Mustafayev münsiflər heyətinə rəhbərlik edəcək

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Pərvin-Tunay məhkəməsi təxirə düşdü 

09-02-2018


Ötən gün Səbail Rayon Məhkəməsində Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə iclası davam etdirilib.

Muztv.az xəbər verir ki, bu barədə  P.Abıyevanın vəkili Ceyhun Yusifov məlumat verib. Onun sözlərinə görə, hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndəsi çıxış edib. Daha sonra P.Abıyevanın vəkili C.Yusifov qarşılıqlı iddiaya etiraz edib. T.Əliyevanın vəkili Adəm Məmmədov iddianı dəqiqləşdirəcəklərini bildirərək məhkəmədən vaxt istəyib. Proses martın 1-dək təxirə salınıb.
 
Xatırladaq ki, T.Əliyeva sosial şəbəkədə P.Abıyevanı dəfələrlə tənqid edib, onunla bağlı müəyyən ifadələr yazıb. O, mətbuata verdiyi açıqlamasında həmkarını “1000 manatlıq fahişə” adlandırıb.
 
P.Abıyeva isə instaqram səhifəsində T.Əliyevaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia edib. Daha sonra hər iki tərəf məhkəməyə müraciət edib.
 
Məhkəmədə T.Əliyevanın vəkili Adəm Məmmədov bildirib ki, aktrisa P.Abıyeva müvəkkili barəsində kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan və böhtan xarakterli ifadələr işlətdiyinə görə, ondan 100 min manat təzminat tələb edirlər: “Həmçinin, Pərvin Abıyevanın işlətdiyi sözləri qanunsuz hesab edirik və onun həmin sözləri təkzib etməsini istəyirik”.
 
Daha sonra iclasda P.Abıyevanın vəkili Ceyhun Yusifov da çıxış edib. Müdafiəçi də müvəkkilinin şərəf və ləyaqətinin alçaldığını deyərək məhkəmədə 200 min manatlıq iddia qaldırdığını elan edib.
 
Məhkəmə hər iki iddianı icraata götürüb.
 
 

121 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21


































20