Cennifer Lopez yeni fotolarını paylaşdı
Zamiq Hüseynov solo konsert verəcək  
"Ailəm müəyyən səbəblərə görə dağıldı" - Elza  
Xatirə kişi xəyanətinin səbəbini qadınlarda görür

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Xalq Artisti dünyasını dəyişib

09-02-2018


Azərbaycanın teatr və kino aktrisası,​ Xalq Atisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib.

Muztv.az xəbər verir ki, aktrisanın meyiti Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb.


Fevralın 8-də axşam saatlarında Yasamal rayonunda yaşadığı evdə vəfat edən aktrisanın meyiti ölüm səbəbinin araşdırılması məqsədi ilə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib və onun ürək tutmasından keçindiyi müəyyən edilib.

Onun cənazəsi Quba rayonuna aparılacaq və Quba şəhər qəbiristanlığında, anasının yanında torpağa tapşırılacaq.

Xatırladaq ki, Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyevanın yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb. O, indiyə kimi Tatyana (M.Qorki "Meşşanlar"), Xuraman (S.Vurğun "Vaqif"), Şəfəq (S.Dağlı "Kölgələr pıçıldaşır"), Zeynəb (B.Vahabzadə "Kimdir haqlı?"), Zivər (Anar "Təhminə və Zaur"), Kəmalə (İ.Əfəndiyev "Qəribə oğlan"), Fəxrəndə xanım (İ.Əfəndiyev "Mahnı dağlarda qaldı"), Bernardo (Federiko Qarsia Lorka "Dişi canavar"), Pəri xanım (M.F.Axundov "Lənkəran xanıının vəziri"), Qadın ( Elçin "Poçt şöbəsində xəyal"), Yasəmən (S.S.Axundov"Eşq və intiqam"), Ana (B.Vahabzadə "Dar ağacı"), Qadın (N.Hikmət "Kəllə"), Kərbəlayi Fatma (C.Məmmədquluzadə "Ölülər") və s kimi obrazlar yaradıb.

Aktrisaya 1989-1992-ci illərdə səhnədə cəmi 2 rol verilməsi onun teatrdan uzaqlaşmasına səbəb olub. Yeddi ildən sonra yenidən teatra qayıdıb.





 

139 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18




































17