“Bakılı oğlanlar”dan kapitanlarının qızına toy sürprizi - foto+video
Hüseyin Məhəmmədoğlu oğurlanan klarnetini tapıb
"Toppuş bacı" ailə fotosunu paylaşdı
İti öldürəni tapana 50 min verəcək

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Oksana Rəsulova kiminlə "sevgili" olacağını açıqladı - yeni münasibət   

13-01-2018


Rəqqasə-aktrisa Oksana Rəsulova yeni komediya filmində rol alır.

Muztv.az xəbər verir ki, o, çəkilişlərinə start verilən “Qaragöz” adlı ekran əsəri ilə bağlı MUZ TV Azərbaycan kanalına açıqlama verib:

“Tezliklə “Qaragöz” filmi təqdim olunacaq. Komediya janrındadır. Baş rollarda mən və Elməddin Cəfərovdur. Filmin çox maraqlı ssenarisi var. Rejissor və prodüser Orxan Mərdan, operator Elman Əliyevdir. Peşəkar komanda ilə işləyirik”.

Rəqqasəliyi ilə yanaşı, hazırda aktrisa kimi də sevilən Oksana Rəsulova filmdə hansı rolu canlandırdığını da söyləyib:

“Rolumu çox bəyənirəm. Orada teatr aktrisası rolundayam”.

Bir çox romantik və komediya filmlərində rol alan Oksana bu obrazın ilk dəfə başqa tanınmış xanıma təklif olunduğunu deyib. Həmin şəxsin kimliyini isə rəqqasə-aktrisa özü açıqlayıb.
 
Aktyor Elməddin Cəfərovla birlikdə “Qaragöz”ü ekranlaşdırdıqlarını ifadə edən gözəl rəqqasə filmdə onunla sevgili olduğunu deyib:

“Elməddin "sevgilim" obrazında olacaq”.

Bununla bağlı süjetə yanvarın 13-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz

Sevda Məmmədova

200 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 İyun




























17 İyun