“Bakılı oğlanlar”dan kapitanlarının qızına toy sürprizi - foto+video
Hüseyin Məhəmmədoğlu oğurlanan klarnetini tapıb
"Toppuş bacı" ailə fotosunu paylaşdı
İti öldürəni tapana 50 min verəcək

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Xərçəng xəstəliyi ilə mübarizə aparan aparıcının halı pisləşib

12-01-2018


Bir zamanlar xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış aktrisa və aparıcı Zümrüd Qasımovanın halı pisləşib.

Muztv.az xəbər verir ki, özünü pis hiss edən aktrisa Milli Onkologiya Mərkəzinə yollanıb. Bu barədə Z.Qasımovanın özü məlumat verib:
 
“Çox narahat idim. Son zamanlar özümü pis hiss edirdim. Halsızlıq, depressiya, baş dönmələr. Buna görə də qorxurdum. Həkimimi görən kimi əhvalım düzəldi. Gülərüzlüyü, insanlığı, peşəkarlığı hər zaman olduğu kimi yüksək səviyyədə idi. Analizlərin cavabına baxdı və dedi ki, “Hər şey əladır. Xırda problemlər var, onkologiyalıq deyil”. O söylədi ki, “gözlərindəki həmişəki parıltı yoxdur. Mütləq onu düzəlt. Sən bilirsən necə xoşbəxt insansan, sağalmısan, kəfəni yırtmısan. Yaşa, kef elə, hər şeyi boş ver və gül. Həkim iki ay vaxt verdi gözlərimi parıldatmağa. Otaqdan çıxdım. Qapının yanında çarəsiz gözləyən insanları görəndə anladım ki, mən çox xoşbəxtəm. Allah məni sevir. Qoy, bizi Allah sevsin. Onda hər şey düzələcək. Canınızın qədrini bilin”.
 
Xatırladaq ki, Z.Qasımova illərdir xərçəng xəstəliyi ilə mübarizə aparan məşhurlardandır.
 
 



88 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 İyun




























17 İyun