Bella Hadid tanınmaz hala düşdü - foto
Şəhanə Yusifova fotosessiya etdirdi
Model hamının yanında öpüşdü 
Müğənni oğlu ilə videosunu yaydı

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Yaddaşlarda iz qoymuş bəstəkar yad olunub - foto

11-01-2018


Ötən gün mahnıları ilə yaddaşlarda dərin iz qoymuş Xalq Artisti Elza İbrahimovanın anadan olmasından 80 il ötüb.

Muztv.az AzərTAc-a istinadən xəbər verir ki, bununla əlaqədar görkəmli incəsənət xadimləri, musiqişünaslar, bəstəkarın doğmaları ikinci Fəxri xiyabana gələrək sənətkarım məzarını ziyarət edib və onun ölməz sənət dünyasından söz açıblar.

Anım mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli Sərəncamına əsasən bu il anadan olmasının 80 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək tanınmış bəstəkarı xoşbəxt sənətkar adlandırıb.

Bildirilib ki, Elza İbrahimova ömrünün 50 ildən çoxunu bəstəkarlıq sənətinə həsr edib. O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb: “Elza İbrahimovanın mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında lirik mahnılar, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri xüsusi yer tutur. Onun yazdığı bütün əsərlər dərin məzmunu, yüksək bədiiliyi ilə seçilirlər.”

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə E.İbrahimovanın zəngin yaradıcılığından söz açıb. O deyib ki, dahi bəstəkar Qara Qarayevin tələbəsi olmuş Elza İbrahimova bütün fəaliyyəti dövründə bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər yaradıb və Azərbaycanın görkəmli şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıları hər zaman korifey sənətkarlarımızın repertuarında sevilərək ifa olunub.

Mərasimdə Milli Konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi E.İbrahimovanın mükəmməl musiqi təhsili aldığını söyləyib.

E.İbrahimovanın Azərbaycan şairlərinin əsərlərinə 100-dən çox, həmçinin rus və ləzgi dillərində yazılmış şeirlərə də mahnılar bəstələdiyini söyləyən natiq, onun son dövr yaradıcılığında vətənpərvərlik mövzularına müraciət edərək yazdığı “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər”, “Yanan laylalar” və s. əsərlərinin bu gün də populyar olduğunu deyib.

Sonda bəstəkarın ailə üzvləri adından qardaşı Çingiz İbrahimov çıxış edərək bəstəkarın xatirəsinə göstərilən ehtirama görə ölkə başçısına minnətdarlığını bildirib.
 







160 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
11 Dekabr


10 Dekabr