“Arşın mal alan” Monteneqroda göstərilib - foto
Aygün Səmədzadə: “İncidənlərdən qisas almıram..."
Nəsrin Cavadzadə ənənəsinə sadiq qaldı - foto
Fatimə Fətəliyeva şıdırğı rəqs etdi - video

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sabaha hava necə olacaq?

10-01-2018


Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Muztv.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yanvarın 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta qeydə alınacaq.




 

184 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Aprel






25 Aprel