Tarkan sevilən mahnısına klip çəkdirdi
Yeni ili qeyd etmək istəyəcəyiniz 10 ölkə
Aygün Səmədzadə kimə məsləhət verdi?
Paytaxt kinoteatrlarında “Qız qaçırtma” olacaq

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Müslüm Maqomayevin xatirəsi yad olunub

07-12-2017


Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli estrada və opera müğənnisi, Xalq Artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilmiş tədbir keçirilib.

Muztv.az xəbər verir ki, ötən gün baş tutan konsertdə əvvəlcə qonaqlar unudulmaz sənətkarın həyat və yaradıcılığına həsr edilmiş “Müslüm Maqomayev – 75” adlı fotosərgiyə baxıblar.

Sonra M.Maqomayevin ömür yolunu əks etdirən videoçarx nümayiş olunub.

Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova görkəmli müğənninin həyat və yaradıcılığından, onun musiqimizin inkişafındakı xidmətlərindən söz açıb.

Bildirilib ki, dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin 75 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Bu möhtəşəm yubiley tədbiri də həmin sərəncama əsasən təşkil edilib.

16 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr






















15 Dekabr