Tarkan sevilən mahnısına klip çəkdirdi
Yeni ili qeyd etmək istəyəcəyiniz 10 ölkə
Aygün Səmədzadə kimə məsləhət verdi?
Paytaxt kinoteatrlarında “Qız qaçırtma” olacaq

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bəstəkar Aydın Ağasıyevin xatirəsi - "De ki, məni sevirsən" - reportaj 

07-12-2017


Beynəlxalq Muğam Mərkəzində bəstəkar Aydın Ağasıyevin xatirəsinə həsr olunmuş konsert reallaşıb.

Muztv.az xəbər verir ki, musiqili gecə Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi əsasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilib.

Konsertdə müğənniləri Xalq Artisti  Adil Bağırov bədii rəhbərliyi ilə Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri orkestri müşaiyət edib.

Gecədə bəstəkarın ən sevilən mahnıları tanınmış sənətçilərin ifasında səsləndirilib. Belə ki, Əməkdar Artist Təranə Vəlizadə, müğənnilər Rasimə Seyidcahan, Aytən Məhərəmmova, Rövşən Əziz və başqaları səhnəyə çıxaraq gələn tamaşaçılara unudulmaz an yaşadıblar.

Tamaşaçı qarşısına çıxan ifaçılardan biri də Əməkdar Artist Elza Seyidcahan olub. Ekstravaqant müğənni qeyri-adi qara rəngli libasda Aydın Ağasıyevin "De ki, məni sevirsən" adlı mahnısını ifa edib.

Elza Seyidcahan MUZ TV Azərbaycan-a oxuduğu mahnıdan söz açıb:

"De ki, məni sevirsən"  İlhamə xanımın (red. mərhum Xalq Artisti İlhamə Quliyeva) repertuarından olan mahnıdır. Çox sevə-sevə oxudum. Bu nmahnı mənə təqdim olunanda çox məsuliyyətlə yanaşdım. Böyük sənətkardan sonra bu mahnını necə oxuyacağımı düşünürdüm. Mənə elə gəlir ki, öhtəsindən gələ bildim".

Bununla bağlı süjetə dekabrın 7-də saat 19:00-da MUZ TV Azərbaycan kanalının efirində yayımlanan “Muz Life” verilişində baxa bilərsiniz.

Sevda Məmmədova







43 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Dekabr






















15 Dekabr