Əməkdar Artist Yaşar Nurini yad etdi: “Yerin hər zaman görünür”
Şəbnəmin yeni fotosessiyası
Ayaz “Dəyişmərəm” dedi – video
Eldar Qasımov necə  insan olmaq istəyir?

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Nəqşi cahan sədası”

13-11-2017


Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının musiqiçilərinin “Nəqşi cahan sədası” adlı konserti keçirilib.

Muztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 11-də baş tutan gecədə muxtar respublikanın Əməkdar Artisti Ehtiram Hüseynov, Əməkdar artistlər Tural Nəcəfov, Zülfüqar Mahmudov, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solisti Təyyar Mədətli, Həsən Babayev, Ələkbər Sadıqov, Əli Mehrəliyev, IV Televiziya Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə, Ataxan Quliyev, Naxçıvan Dövlət Filarmoniyasının solisti Nərmin Hüseynova və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Rəna Mehrəliyeva çıxış ediblər.

Konsertdə xanəndələr “Qarabağ şikəstəsi”ni, “Şahnaz” muğamını, “Sarı gəlin”, “Gül açdı”, “Şuşanın dağları” xalq mahnılarını, R.Mirişlinin “İlk sevgi”, S.Rüstəmovun “Alagöz” mahnılarını səsləndiriblər. İfaçıları Əbülfəz Məmmədovun rəhbərliyi ilə “Nəqşi cahan” muğam qrupu, konsertmeystr Ağabəy Qurbanov (tar), Nurlan Nuriyev (kamança), Fərid Babayev (bəm kamança), Rauf Bayramzadə (ud), Nihad Quliyev (balaban), Ziya Fətullayev (piano), Günel Fərəcova (qanun), Murad Əliyev (bəm tar) və Nəcəf Hacılı (nağara) müşayiət ediblər.

Xatırladaq ki, noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində tarzən Həmin Vəkilovun yaradıcılıq gecəsi də keçiriləcək.

















23 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr


22 Noyabr