Əməkdar Artist Yaşar Nurini yad etdi: “Yerin hər zaman görünür”
Şəbnəmin yeni fotosessiyası
Ayaz “Dəyişmərəm” dedi – video
Eldar Qasımov necə  insan olmaq istəyir?

Facebook instagram Twitter Youtube
GÜNDƏM

“Bayraqları bayraq edən üstündəki qandır…”- tədbir-foto 

08-11-2017


Azərbaycanın ən mühüm bayramlarından biri 9 noyabr – Bayraq Gününə həsr olunmuş silsilə tədbirlərə start verilib.

Muztv.az xəbər verir ki, belə tədbirlərdən biri Suraxanı rayonu B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəbdə baş tutub.Təhsil ocağının müəllim və şagird heyətinin hazırladığı bu ədəbi-bədii tədbir orjinallığıyla seçilib. Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. “Bayraqları bayraq edən üstündəki qandır…” cümləsi ilə başlayan tədbirdə respublikamızın rəmzi olan bayraq haqqında geniş məlumat verilib. Onun rəngləri, üstündəki ay və səkkizgüşəli ulduzun mənası barədə zala toplaşanlara bir daha məlumat verilib.

Sonra bayraqla, tariximizlə bağlı müxtəlif səhnəciklər nümayiş olunub. Şagirdlərin ifasında səslən şeirlər çox təsrili alınıb. Üçrəngli geyimdə rəqs edən balaca fidanlarımız və bir çox digər məqamlarla dolu olan Bayraq Günü tədbiri maraqlı, Azərbaycan Respublikasının rəmzinə layiq şəkildə keçirilib. Bayraq gününə həsr olunmuş viktorinada şagirdlər bütün sualalr cavab verməklə dövlət rəmizmizə sevgilərini ifadə ediblər. Sualları düzgün cavablandıran şagirdlər Azərbaycan bayrağını özündə əks etdirən hədiyyələrlə təltif olunublar.







379 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr


22 Noyabr