Şəhriyar Əbilov: “Hər zaman dibdə olub batacaqsınız”
Yeni ildə izləniləcək ən yaxşı 10 film
Nazilə Səfərli: “Hiyləgərlərə sinə gərməkdən baxışlarım dəyişib”
Elnur Məmmədov Məşhəd ziyarətində - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Rus Dram Teatrında “Peterburqlu sələmçi” tamaşasının premyerası olacaq

13-10-2017


Oktyabrın 20-21-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında N.Nekrasovun eyniadlı əsəri əsasında hazırlanan “Peterburqlu sələmçi” tamaşasının premyerası olacaq.

Muztv.az Azərtac-a istinadən xəbər verir ki, yeni tamaşa Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi yanında Rusiya Dövlət Teatr Agentliyinin və Azərbaycan Dövlət Rus Dram Teatrının beynəlxalq layihəsidir. Səhnə əsərinin quruluşçu rejissoru Vladimir Danay (Moskva), quruluşçu rəssamı Olqa Kuznetsova (Moskva), bəstəkarı Eldar Babayevdir.

Yeni tamaşa teatrın səhnəsində növbəti yaradıcılıq eksperimentidir. Quruluşçu rejissorun müəyyən etdiyi kimi, “17 pərdəli qarət” janrında olan tamaşanın müəllifləri həm N.Nekrasovun sözləri, həm bir-birini əvəz edən pərdələr, həm də bədii yaradıcılıq məkanı, işıq, səs və personajlarla eksperiment edirlər.

Tamaşada teatrın aktyorları Yuri Omelçenko, Fəridə Nesterenko, Murad İsmayılov, Maqsud Məmmədov, Aleksey Saprıkin, Fərhad Bəhramov, Lyudmila Saprıkina, Natiq Hüseynov və İlkin Mehdiyev iştirak edəcəklər.



58 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Dekabr


14 Dekabr