Nigar pərəstişkarlarını "Möcüzə gecəsi"nə dəvət etdi - foto
Bu dəfə "Maşın"ı o tərk etdi
Miri Yusif: "Yetər ki, hisslərlə oynamayın"
Əməkdar artistin qızı aparıcılıq edir

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Vaqif Mustafayev orden aldı və müşavir təyin olundu

11-10-2017


Azərbaycanın görkəmli kinorejissoru, Xalq Artisti, “Space” teleşirkətinin prezidenti Vaqif Mustafayev Çinin Honkonq Televiziyasının mədəniyyət, televiziya və kino üzrə müşaviri təyin olunub.

Muztv.az xəbər verir ki, bu barədə oktyabrın 11-də Bakıda keçirilən tədbirdə bildirilib.

Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, Çin və Ukraynanın Bakıdakı səfirliklərinin rəsmiləri və mədəniyyət xadimləri iştirak ediblər.

Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeriy Ruzinin, Ukrayna KİV İşçiləri Assosiasiyasının sədri Viktor Petrenkonun və digər ölkələrdən olan nümayəndələrin iştirakı ilə “Soqlasiya” qızıl ordeni Vaqif Mustafayevə təqdim olunub.

Eyni zamanda, Vaqif Mustafayev Azərbaycanla Çin arasında dostluq və mədəni əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfələrə görə Çinin Xeyluntszyan Teleradio Şirkətinin fəxri fərmanı ilə təltif edilib.

Qeyd edək ki, Avrasiya Televiziya və Radio Akademiyasının xətti, Rusiya, Çin və Azərbaycanın iştirakı ilə Vaqif Mustafayevin rejissoru və ssenari müəllifi olacağı “Kambey” filminin çəkilişi razılaşdırılıb.

Vaqif Mustafayev, eyni zamanda, Çin-Azərbaycan əlaqələrindəki xidmətlərinə görə də mükafatlandırılıb. O, həmçinin Honkonq televiziyasının mədəniyyət və kino üzrə müşaviri təyin edilib.

Tədbir zamanı rejissor Vaqif Mustafayevə Avrasiya mədəniyyətinin inkişafına verdiyi müstəsna xidmətlərinə görə Beynəlxalq Ali Qızıl Orden təqdim edilib.

Tədbirdə çıxış edən Vaqif Mustafayev toplantı iştirakçılarına təşəkkür edərək deyib: 

“Mənə verilən bütün mükafatları vətəndaş olaraq qəbul edirəm. Öncə bu ölkənin vətəndaşıyam. Prezidentimiz İlham Əliyevə Azərbaycanı bütün dünyada tanıtdığı üçün minnətdarlığımı bildirirəm. Bizi elə buna görə də tanıyırlar”.

31 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Oktyabr










21 Oktyabr