Atasını itirdikdən 3 gün sonra "Maşın şou"ya qatılan Vüqar: "Murada söz vermişdim" 
Alim Qasımovla haqda film çəkildi - video 
Elşaddan iddia: "Bəziləri əlini çəkdiyi halda "Maşın"da qalır..." 
Ağalarovlar bir arada - foto 

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Arif Quliyev özünəməxsus şəkildə "Maşın"da qaldı 

11-10-2017


Bu gün "Atv" telekanalında "Xanımlar və Cənablar" devizi ilə yayımlanan "Maşın"nın növbəti səsvermə günü reallaşıb.

Muztv.az xəbər verir ki, Faytonçu Nazimin qəfil gedişindən sonra iştirakçılar arasında yenidən səsvermə keçirilib.

Buna əsasən tribunaya xalq artisti, aktyor Arif Quliyev çıxıb və o, hədəfinin meyxana ifaçısı Vüqar Əbdülovun olduğunu açıqlayıb.

Veriliş ərzində tərəflər arasında müəyyən mübahisələr də yaranıb.

Arif Quliyev yayım ərzində dəfələrlə fikrini dəyişib. Xanım iştirakçılar isə birmənalı olaraq xalq artistinə dəstək olub.

Nəticədə 58,64% səs toplayan Quliyev şouda qalıb.

O, özü gedəcəyini açıqlasa da, iştirakçılar buna etiraz edib.

Beləliklə, Arif Quliyev hədəfi Vüqar Əbdülovu yarışmadan uzaqlaşdırmadan özü də şouda iştirakını davam etdirməyə qərar verib:

"Həmişə istəmişəm ki, hamının hər şeyi olsun, bir az da mənə nəsib olsun. Məni tanıyan hər kəs bilir ki, kiməsə pisliyim dəyməyib. Vüqar şouda qalır, mən də qalıram".

Daha maraqlı bir məqam isə Arif Quliyevin maşına yaxınlaşmasından sonra baş verib. Belə ki, xalq artisti alqışlama zamanı bilmədən əlini maşından çəkib. Teleaparıcılar Vüsalə Kərimova və Zemfira Adıgözəlova isə onun bu addımını gülərək gizlətməyə çalışıblar. Xalq artistinin qaydaları pozması studiyada hər kəsin diqqətini cəlb edib.

Murad Dadaşov da bunu görərək Arif Quliyevə əlini maşından çəkməməsini tövsiyə edib.

Qeyd edək ki, "Maşın" 9 xanım və 7 cənabla davam edir.

Xatırladaq ki, 15-ci sürət həftə içi hər gün saat 22:15-də yayımlanır.

Lamiyə BALACAYEVA

454 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Oktyabr


























































































20 Oktyabr