“Oskar”a namizəd film təqdim olundu - fotolar
Serenay Sarıkaya üsyan etdi
Elçindən təəccübləndirən paylaşım
Kamilin yeni avtomobili - foto 

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Abbasla küsülü olan Zamiq: “İndi belə rahatdır”

06-08-2017


Əməkdar artist Abbas Bağırovla həmkarı Zamiq Hüseynov arasındakı mübahisə davam edir.

Muztv.az xəbər verir ki, Zamiq onun barışıq addımını qəbul etməyən Abbasa “Xəzər Maqazin”lə cavab verib.

 “Heç kimin ixtiyarı yoxdur ki, kiminsə haqqına girib onun haqda danışsın. Mənim nə ixtiyarım var ki, kiminsə barəsində danışım? Mənim öz yolum var, sənin öz yolun. Kimdənsə xoşum gəlirsə, ona ürəyimi verəcəyəm, xoşuma gəlməyəndən uzaq duracağam. Kimdənsə incikliyim olanda çalışıram pərdə arxasında qalsın, efirdə danışmıram. Efirdə danışanlar bunu reklam üçün edir. Abbasla uşaqlıq dostu olmuşuq. Ondan birinci mən incimişəm. Ondan sonra nə olubsa, yadımda deyil. Bu dəqiqə demirəm, ürəyim gedir ki, biz barışaq. Hər şeyi zaman həll edər, amma indi belə rahatdır”.

Xatırladaq ki, Abbas Zamiqdən ad günündə onu təbrik etmədən getdiyinə görə küşmüşdü. İfaçı Zamiqin barışıq təklifinə “Ağac deyiləm ki, mənə qarşı səhv edəndə durub baxım. Mən də insanam” demişdi.
 

75 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Oktyabr






















18 Oktyabr