Müğənni 500 ailəyə bazarlıq etdi - video
Aktyor testinin nəticələrini açıqladı
Donna Eyr koronavirusa yoluxdu
Natavan Dadonun videosunu yaydı

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Sağlam çəki atmağın 10 üsulu

08-03-2017


Maddələr mübadiləsini sürətləndirən, zülal və yağ mübadiləsinə kömək olacaq qidalardan istifadə edərək artıq çəkilərinizdən azad ola bilərsiniz.

Muztv.az-ın xarici mətbuata istinadən, əzələ yaradan 10 qidanı təqdim edir.

Yumurta - səhər yeməyində yumurtaya yer verən insanların gün boyu daha az kalori aldığı və 65 faiz daha çox çəkidən azad olduqları müşahidə edilib. Yumurta ana südü kimi keyfiyyətli zülal ehtiva edir və ondakı yağlar iştahı azaldır. 
 
Fındıq - 12 həftə ərzində hər gün təxminən 2 yemək qaşığı (30 qram) fındıq yeyənlər arasında aparılan araşdırma sübut edib ki, onların pəhriz keyfiyyəti yüksəkdir. Yeyilən fındığın bədənin kütlə indeksinə hər hansı bir mənfi təsiri yoxdur. Üstəlik, onların daha az karbohidrat yedikləri və xəstəliklərə qarşı daha dayanıqlı olduqları təsdiqlənib.
 
Qatıq - möcüzəvi zülal qaynağıdır. Tərkibindəki zəngin kalsium sayəsində daha uzun və keyfiyyətli həyat təmin edir. Kalsium çəki azalmasına kömək edən mineraldır. Daim qatıq yeyənlərin aşağı bədən kütlə indeksinə sahib olmaları, daha incə bel və daha az bədən yağına malik olduqları sübut olunub. 
 
Quru paxlalılar - yüksək zülal, lif, B qrupu vitaminləri, dəmir, kalsium, sink və maqnezium kimi minerallar ehtiva edən qidadır. Çəki azaltmağa kömək olur, xolesterolu və qan təzyiqini azaldır. 
 
Qara şokolad - daim müəyyən miqdarda tünd şokolad yeyən insanların arıq olduğu bir faktdır. Çünki müəyyən miqdarda yeyilən tünd şokolad stress hormonu olan kortizolun səviyyəsini aşağı salır, xüsusilə qarın bölgəsində yağlanmanın qarşısının alır. 
 
Zəncəfil - antioksidant tərkibi yüksək olan zəncəfil kökü iltihab və həzm sistemində yaranan problemlərin aradan qaldırılmasına kömək olur. Həmçinin immunitet sistemini gücləndirir. Bundan başqa, yeməkdən sonra içilən isti zəncəfil doyma hissi yaradır. Zəncəfil bədəndəki yağları yandırır, maddələr mübadiləsini sürətləndirir.
 
Badam - daha az aclıq hiss etdirən və arıqlamağa kömək edən sağlam qidadır. İdmandan əvvəl yeyilən badam yağ yandırılmasını sürətləndirir. Tərkibində yüksək miqdarda lif və zülal vardır. Bu da əzələ istehsalına kömək olur və amin turşusu tərkibi sayəsində əzələlərdə zülal sintezini təmin edir.
 
Yaşıl çay - bədəndəki yağın yandırılmasını və maddələr mübadiləsini sürətləndirir, piylənmə ilə mübarizə aparır. Eyni zamanda, yaşıl çayda olan kofein iştahı azaldır. Xüsusilə, qarın bölgəsində olan yağların yandırılmasına təsirlidir. Həzmi asanlaşdırır. Sağlam insanlar gün ərzində 2 fincan yaşıl çay içə bilərlər.
 
Avokado - ürək sağlamlığında olduqca əhəmiyyətli olan avokado  ideal lif qaynağıdır. Avokado kalium ehtiva edir ki, bu da köpü azaldır. Salatlara əlavə edilən təzə avokado A vitaminin qatılığını artırır. Gündəlik pəhrizlərdə yarım təzə avokado yeyən insanlar gün ərzində özlərini daha gümrah hiss edirlər.
 
Qreypfrut - yeməklərdən əvvəl yeyilən yarım qreypfrut çəkinin artmasına mane olur. Yeməkdən sonra yüksələn insulinin səviyyəsini azaldır. Beləliklə də, çəki azalmasına maneə olan insulin müqavimətinin qarşısını alır. Ancaq qreypfrut bəzi xolesterol dərmanları ilə qarşılıqlı təsirə malikdir. Ona görə də qreypfrut yeməzdən əvvəl həkimlə məsləhətləşin.

537 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Aprel






























2 Aprel