"Hörümçək adam" aktrisaya vurulub - foto
“Ən yaxşı qadın aktrisa” oldu
Şevval Sam gözəllik sirrini açdı - foto
Murad Boz örnək davranış etdi

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Uzun saçlara sahib olmağın yolları

06-03-2017


Saçınızın daha tez uzanmasını istəyirsinizsə, diqqət etməli olduğunuz məqamları sizə təqdim edirik.

Muztv.az-ın məlumatına görə, qadına gözəllik bəxş edən saçlar zaman-zaman fen, boya, kimyəvi maddələrin təsirindən zəifləyir və uzanması çətinləşir. Bütün bunlarla qarşılaşmamaq üçün sizə bəzi məsləhətlərimiz var.

At quyruğundan imtina edin
Saçı yuxarıdan sıx bir şəkildə yığmaq saç köklərinin dartılmasına səbəb olur. Xüsusiylə bərk rezinlə onları toplamaq geri dönüşü olmayan fəsadlar yaradır. Əgər açıq bir saç düzümündən narahatsınızsa, onları boş toplaya, hörə bilərsiniz.

Düzləşdiricilərdən az istifadə edin
Saçı zəiflədən digər bir ünsür isti düzləşdiricilərdir. Saçı düzləşdirən zaman xüsusi daraq və ya maşadan istifadə etmirsinizsə, o zaman ona qoruyucu sprey vurmalısınız.

Saç diblərini yaddan çıxarmayın
Saçın tez uzanması üçün onun diblərinə də qulluq etməlisiniz. Ona xüsusi yağlar çəkə və yuduqdan sonra sirkə-su qarışımıyla yaxalaya bilərsiniz.


Duş qəbul etdikdən dərhal sonra saçınızı daramayın
Saçlar yaş olduqda daha elastik olur. Bu da onların tez qopmasına qırılmasına gətirib çıxarır. Əgər dolaşıq saçla özünüzü narahat hiss edirsinizsə, onu əlinizlə düzəldə, ya da böyük dişli daraqlardan istifadə edə bilərsiniz.

Saçınızı deyil bədəninizi bəsləyin
Yediklərinizə diqqət edirsinizsə, sağlamlığınız həm üzünüzə, həm də saçınıza öz təsirini göstərəcək. Bunun üçün faydalı yağlardan - zeytun yağı və omega-3 məsləhət görə bilərik. Həmçinin qida rasionunuza avakado, qoz, fındıq da əlavə etməlisiniz.

Saçınızı gec-gec kesdirin
Saçqıranları təmizləmək üçün usta yanına getməyin. Onu tez-tez kəsdirdiyiniz zaman uzanması üçün fürsət yaratmırsınız. Etməli olduğunuz tək şey ona hindistan qozu yağı çəkmək və təbii yolla saçqıranları azaltmaqdır.


 

1003 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Mart


















6 Mart