Müğənni 500 ailəyə bazarlıq etdi - video
Aktyor testinin nəticələrini açıqladı
Donna Eyr koronavirusa yoluxdu
Natavan Dadonun videosunu yaydı

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

63 yaşlı modelin gənc qalmasının sirri

21-02-2017


Amerikalı model 63 yaşlı Kristi Brinkli “Sports Illustrated” jurnalına gənc qalmasının sirrlərini açıqlayıb.

Muztv.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 90-cı illərin məşhur modeli idman jurnalı üçün bikinili şəkillər çəkdirib. O, həmçinin müsahibə verərək necə belə gözəl bədən quruluşuna sahib olmasından danışıb. Model buna görə heç bir pəhrizdən istifadə etmədiyi deyib: “Görünüşümə görə sağlam qidalanmaya borcluyam. Səhərləri günə ilıq limonlu su içərək başlayıram. Bəzən ona manuka balı və bir çimdik acı bibər də əlavə edirəm. Bu, məni bütün gün gümrah saxlayır”.

O, həmçinin səhər yeməyinə xüsusi önəm verdiyini deyib: “Səhərlər keçi südündən hazırlanan yoqurt yeyirəm. Ona giləmeyvə, quru meyvələrdən-qaragilə, kişmiş, fındıq toxumları əlavə edirəm. Bundan əlavə zülal qəbulu üçün ispanaqlı yumurta, bir dilim qızardılmış çörəklə avakado da sevirəm”.

Onun gözəllik sirrlərindən biri isə, vegetarian olmasıdır. O, 20 yaşından bu günə qədər ət yemədiyini deyir. Model həmçinin gün ərzində yüngül qəlyanaltılar qəbul etdiyini söyləyir: “Soyuducumda hər zaman göyərti, taxıl və paxladan hazırlanmış salat, təbii meyvə şirəsi, çərəz olur”.

Günorta yeməyi üçün onun sevimli yeməyi şirin kartof və rəngli bibərlərlə dolu mərciməkli qəhvəyi düyüdür. Bütün bunların yanında o, qırmızı şərab da içir.
Xanımların əvəzolunmazı şokoladı isə Kristi həyatından çıxartmır.











756 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Aprel






























2 Aprel