Müğənni 500 ailəyə bazarlıq etdi - video
Aktyor testinin nəticələrini açıqladı
Donna Eyr koronavirusa yoluxdu
Natavan Dadonun videosunu yaydı

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Nizamlı yuxu rejimi arıqladır

20-02-2017


Artıq çəkilərdən azad olmaq üçün düzgün qidalanmağa və hərəkətli olmağa çalışırıq, lakin hər ikisinə təsir edən bir amil də var ki, o da yuxudur. Yuxu enerjinin qaynağıdır. Yuxudan durmaq vaxtımız, idman etmək motivasiyamıza və yemək seçimlərimizə təsir edir.

Muztv.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, lazım olduğu qədər yuxu ehtiyacınızı qarşılamadıqda, artıq çəkidən və ürək-damar xəstəliklərindən əziyyət çəkə bilərsiniz. Bununla bağlı kiçik nüansları təqdim edirik.

Köklük və yuxu
Duyğusal aclıq artıq çəkinin yaranmasının ən vacib səbəblərindən biridir. Gecə yeyilən yemək orqanizmi yavaşladır. Yuxusuzluq metobolizmanın yavaşlamasına və gecə yemək ehtiyacının yaranmasına səbəb olur.

Bədəniniz yuxusuzluğu aclıq kimi qəbul edə bilər.
Yuxusuzluq beynin aktivliyini itirməsinə səbəb olur. Bəs ac və tox halımızı tənzimləyən hormonlara təsiri varmı? Çox təssüf ki, var. Leptin beyinə “doydum” siqnalını verən hormondur, qrelin isə “mən acam, yemək ye” mesajını verir. Gün ərzində yeddi saatdan az yatmaq bu hormonların pozulmasına səbəb olur. Beləliklə, gündəlik almalı olduğunuzdan daha artıq kalori alırsınız.

Yuxu haqqında araşdırma
2013-cü ildə aparılan araşdırma nəticəsində məlum olubki, yuxudan gec oyanmaq və xroniki yuxusuzluq gecə qida istəyinin yaranmasına və artıq çəkilərin əmələ gəlməsinə səbəb olur.

Yuxunuz yediklərinizə, yediklərinizdə yuxunuza təsir edir.
Yuxunuza uyğun qida seçimləri necə olmalıdır? Bəzi qidalar yuxuya getməyinizi tezləşdirib, yuxu keyfiyyətini artıra yaxud da azalda bilər. Həzm prosesindəki problemlər gec yatmağa səbəb olur.

Yatmazdan 2-3 saat əvvəl kofein, spirtli içki, qızardılmış və ədviyyatlı qidalardan istifadə etməsəniz, daha rahat yata bilərsiniz.

Rahat yatmaq istəyirsinizsə:
Rahat yatmaq üçün süd, banan və badam kimi maqnezium, triptofan tərkibli qidalardan istifadə edə bilərsiniz. Çəki problemi olan insanlara bu qidaları yatmazdan 2 saat əvvəl qəbul etməsi məsləhətdir.

647 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Aprel






























2 Aprel