Məşhur aktyor yenə ata olacaq - foto
Serialın çəkilişləri koronavirusa görə dayandırıldı
Aktyor sevgilisi ilə "evdə qal"mır
Nəsrin arxiv fotolarını paylaşdı

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Ətir istifadə etməyin incəlikləri

18-02-2017


İlk baxışda asan görünsə də, əslində doğru olan ətiri seçmək və düzgün istifadə etməkdə çətinlik çəkirik.

Muztv.az qoxu seçiminin və düzgün istifadə qaydalarının kiçik nüanlarını təqdim edir.

Gündüz:
Səhər tezdən avtobusda, metroda yaxud da iş yerində insanları narahat etmək düzgün deyil. Ətrin qoxusu xoş olmayan nəticələr yarada bilər.
Məsələn: ürək bulanması, baş gicəllənməsi və ya miqrenə təsir edə bilər.

Səhərlər əsasən “eau de cologne”, “eau de toilette” dezodorant kimi məhsullardan istifadə edin. “Yox, istifadə etməyəndə narahat oluram”, deyirsinizsə, meyvə qoxulu ətirə üstünlük verin.

Bədəndəki turşuluğun miqdarı ətrin qalıcılığına təsir edir:
-Turşulu dərilərdə ağac və ədviyyatlı qoxular daha çox qalıcı olur.
-Turşuluğu az olan (həssas və quru) dərili insanlarda çiçək qoxulu ətirlər qalıcı olur.

Temperatur yüksək olduqda daha yüngül ətirlər istifadə edin.
İsti və nəmli havada ətrin qoxusu daha da qüvvətlənir. Eqzotik və ədviyyatlı qoxuları payız və qışda, yüngül olanları isə yaz aylarında istifadə edin.

Sabah, günorta, axşam eyni miqdarda ətir istifadə etmək olar mı?
Qətiyyən yox. Ətri istifadə edəndə təxminən 3 metr məsafəyə qoxunuz yayılır. Buna görə olduğunuz məkana və vaxt aralığına görə istifadə etməlisiniz.

Günortadan sonra:
Günortadan sonra ağır olmayan çiçək və meyvə qoxularına üstünlük verin. İki ətriniz varsa günün ikinci yarısı daha diqqət çəkici olan ətirdən yararlanın.

Axşam:
Gecə istifadə etmək üçün ən uyğun seçim “şipre” “oryantal” qoxu ailəsinə aid olan ətirlərdir.

Ətir istifadəsinin ilk şərti dərinin təmiz olmasıdır. Daha qalıcı ətirə sahib olmaq istəyirsinizsə ətri duş qəbul etdikdən sonra istifadə edin. Belə olduqda məsamələr açılır. Qoxu dəriyə daha yaxşı hopur.

Dərinizin növü də ətrinizin qalıcılığına təsir edir. Yağlı dərilərdə ətir daha qalıcıdır. Quru dəriyə sahibsinizsə daha çox ətir istifadə edin.



 

678 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 Mart


























27 Mart