Müğənni 500 ailəyə bazarlıq etdi - video
Aktyor testinin nəticələrini açıqladı
Donna Eyr koronavirusa yoluxdu
Natavan Dadonun videosunu yaydı

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Uzun və canlı saçlar üçün təbii yağlar

16-02-2017


Avokado saç tökülməsini dayandırmaq üçün ən yaxşı vasitələrdən biridir. Eyni zamanda saçları gurlaşdırmaq üçün istifadə olunmağı məsləhətdir.

Muz-Tv.az saytı saçlara xeyirli olan bir-birindən fərqli təbii yağların siyahısını təqdim edir:

Hind yağı

Uzun illərdir bu yağ detoks və bədəni təmizləmək üçün istifadə edilir. Eyni zamanda bu vasitə saçları nəmləndirir, onların təbii yolla uzanmasına nail olur və tökülməsinin qarşısını alır. Hind yağı baş dərisini sağlam saxlamaq üçün də xeyirlidir.

Bibər yağı

Bibər yağı kosmetika sənayesində tez-tez istifadə olunur. Bununla yanaşı saç köklərini gücləndirir və sağlam uzanmasına səbəb olur. Bibər yağının təsirini kəşf etmək istəyirsinizsə, istifadə etməzdən öncə şampunun içinə bir neçə damcı tökün.

Arqan yağı
Bu vasitə hazırda saç yağlanmasına qarşı istifadə edilən möhtəşəm bir məhsul kimi tanınır. Nizamlı olaraq istifadə edilməsi məsləhət görülən bu yağ, saçları müalicə etməklə yanaşı, tökülməsinin də qarşısını alır.

 

Lavanda yağı

Lavanda yağının iyi çox gözəldir. Saçlarınızı güclü və canlı edir, onları təbii yolla uzadır və tökülməsinin qarşısını alır.

 

Zeytun yağı

Bu yağ saçlarla yanaşı, dəri və dırnaqların güclənməsinə də kömək edir. E vitamini tərkibli zeytun yağı, saç tökülməsini azaldır və uzanmasına səbəb olur.

 

Gur və uzun saçlar üçün yağ müalicəsi

Yuxarıda sadaladığımız yağların hər biri ayrı-ayrılıqda saçların uzanmasına kömək edir. Bu yağların bir neçəsini qarışdıraraq istifadə etmək də mümkündür.

Lazım olanlar:

1. 1/2 qab hind yağı (120 ml)
2. 2 çay qaşığı avokado yağı (10 ml)
3. 1 çay qaşığı bibər yağı (5 ml)
4. 1 çay qaşığı lavanta yağı (5 ml)
 

Hazırlanması:

Bütün vasitələri bir qabda qarışdırdıqdan sonra nəm saça masaj edərək sürtün. Yumazdan öncə 1 saat gözləyin.
 
 

 
 
 
 
 
 

2135 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Aprel






























2 Aprel