Müğənni 500 ailəyə bazarlıq etdi - video
Aktyor testinin nəticələrini açıqladı
Donna Eyr koronavirusa yoluxdu
Natavan Dadonun videosunu yaydı

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Ancelina Colinin gözəllik sirrləri

15-02-2017


Amerikalı aktrisa Ancelina Coli cazibədar görünmək və gözəl dəriyə sahib olmaq üçün təbii qalmağınızı məsləhət görür.

Muz-Tv.az-ın xarici mətbuatına istinadən məlumatına görə, aktrisanın gündəlik rejimini və gözəlliyini borclu olduğu vasitələri təqdim edirik.

Dünyanın ən gözəl qadınlarında iri olan Ancelina, gözəlliyini təbiətə borclu olduğunu deyir. Dərisini bitkilər vasitəsiylə gözəlləşdirən ulduzun qadınlara məsləhəti təbiiliklərini qorumaqdır. Heç vaxt bahalı kosmetik vasitələdən istifadə etməyən Coli, bədən quruluşunu və gözəlliyini tərəvəz və meyvələrə borcludur.

Gündəlik yediyi qidalara diqqət edən Ancelina şəxsi həyatında qətiyyən makiyaj eləmir. Dəniz kənarında yeriməkdən zövq alan seksual ulduz, bununla da bədən quruluşunu formada saxlayır. İdman etməkdən zövq alan aktrisa akrobatik gimnastikayla yanaşı üzgüçülüklə də məşğul olur.

Son vaxtların dəb halını alan bitkilərlə hazırlanan maska və yeməklərin izləyicisidir. Afrika və şərq ölkələrindən bitkilər gətizdirən aktrisanın ən böyük həvəsi o məhsulları özünün hazırlamağıdır. Aktrisa, qadınlara avokado, berqamot, səndəl və cökə bitkilərindən istifadə etməyi məsləhət verir.

Yoqa ilə məşğul olan Coli, sakitləşmək üçün evdə səndəl bitkisini yandırır. O, əsasən ətir seçimində də səndəl qoxulu olanlara üstünlük verir.

Aktisanın, qadınlara məsləhəti bunlardır:

1. Yuxunuza diqqət edin
2. D və A vitaminlərindən istifadə edin
3. Hər gün idman edin
4. Özünüzü özəl və gözəl hiss edin
5. Dişinizi karbonatlı vasitələrlə təmizləyin
6.Yalnız zeytun yağından istifadə edin
7. Stresdən uzaq durun
8. Bədəninizin gözəl olan hissələrini ön plana çıxaran geyimlər seçin

Ancelina Colinin gündəlik rejimi:

Mütləq tezdən oyanır. İlk olaraq, dişlərini fırçalayır və soyuq suyla çimdikdən sonra Colinin idman maratonu başlayır. Saat ikidə bütün işlərini qurtarıb, dördə kimi övladları ilə maraqlanır. Axşam yeməyini tək yeməyi sevməyən ulduzun, hər axşam qonağı olur. Aktrisa saat on ikidə yatır.

“Tujum olmadan heç vaxt” - Ancelina

Aktrisanı gözəl göstərən ən vacib nüans, təmiz dərisidir. Üzünü sabunla yuyan Coli, gündəlik həyatında makiyajdan istifadə etmir. Ancelinanın ən sevdiyi kosmetik vasitə tujdur. Göy rəngli tujları sevən ulduz, “Tujsuz çölə çıxmaram” deyir.

Gözlərinin gözəlliyini  bitki çayıyla hazırladığı məhlula borclu olduğunu deyən aktrisa, məhlulun  göz altı şişkinlikləri azaltdığını deyir. O, saçlarını dəfnə yarpağı ilə hazırlanmış şampunla, əllərini  əzvaylı (aloe) jeleylə qoruyur. Bədəni üçün isə gül yağından istifadə edir.

Geyimlərində solğun rənglərdən istifadə etməyi  sevir. Əsmərlərə canlı rənglərin yaraşmadığını düşünür.

Ancelina Coli nə ilə qidalanır?

Bol miqdarda su və süd içən Coli, bədən quruluşunu rozmarini çayına borclu olduğunu deyir. Tərəvəz və meyvələrdən istifadə edən seksual aktrisanın soyuducusunda hər zaman çiyələk olur.

Aktrisa səhərlər meyvəli yoqurt, günorta sobada ət və toyuq, axşamlar isə xanı balığı yeyir.  Ət yeməklərini buxarda bişirir.
Ancelina çobanyastığı, berqamot, avokado və yaşıl çayı daim istifadə edir.
 















1032 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Aprel






























2 Aprel