Müğənni 500 ailəyə bazarlıq etdi - video
Aktyor testinin nəticələrini açıqladı
Donna Eyr koronavirusa yoluxdu
Natavan Dadonun videosunu yaydı

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Əfsanəvi Hollivud ulduzlarının gözəllik sirləri

15-02-2017


Əfsanəvi Hollivud ulduzlarının gözəllik sirləri
  Gözəlliyi ilə illərə meydan oxuyan Hollivudun əfsanəvi simalarının stili ilə yeni dövrün xanımlarının da maraq obyektindədir.
Muz-Tv.az həmin məşhurların gözəllik sirlərini təqdim edir:

Qloriya Svenson

Amerikalı aktrisa və prodüser Qloriya Svenson gözəlliyini çoxlu tərəvəz yeyərək və üz dərisinə həmin bitkilərlə qulluq edərək qoruyub.

Mey Uest

Yenidən gündəmə gələn hind qozu yağı 30-cu illərdəki qadınların gözəllik trendlərindən biri idi. Amerikalı aktrisa Mey Uest də bu təbii yağı üz dərisinə istifadə edənlərdən idi.

 

Qloriya Qrem

Amerikalı aktrisanın yaşadığı dövrdə dodaq dolğusu yox idi. Dünya ulduzunun üst dodağı incə olduğu üçün  çıxış yolunu üst dodağının altına pambıq yerləşdirməkdə tapıb.

 

Bett Deyvis

Aktrisa gözlərinin cəlbediciliyi ilə hər kəsə məlumdur. Bett Deyvisin gözlərinin cazibədarlığının səbəbi gözaltının baxımlı olmasıdır. Bunun sirri isə aktrisanın xiyar qabığından istifadə etməsidir. Xiyar qabığı göz altını həm nəmləndirir, həm də şişkinliyi aradan qaldırır.

İnqrid Berqman

İsveçli kino və teatr aktrisası təbii vasitələrlə makiyaj etməyə üstünlük verirdi. 

Rita Heyvort

Dalğalı saçlara sahib olan amerikalı aktrisa onları yumazdan öncə yağ sürtür.  Daha sonra dəsmala büküb gözləyir, ardınca limonlu su ilə yuyurdu.

Kerol Lombard

Keçirdiyi qəza zamanı burnu əyilən amerikalı aktrisa, estetik əməliyyat etdirmədiyi üçün burnundakı qüsuru makiyaj vasitəsi ilə gizlətməyə məcbur olub. Dəri rənginə uyğun parıldadıcıyla burnunun üst hissəsinə bir xətt çəkən Lombard, bu yolla əyriliyi gizlətməyi bacarıb.  

992 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Aprel






























2 Aprel