Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb
Bülənt Ərsoy yeni imici ilə diqqət çəkib - foto
"Şirinə" obrazını Rihanna səsləndirəcək

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Rihannanın bahalı zinət əşyaları - foto

13-03-2023


"Super Bowl"dakı çıxışı ilə gündəmdən düşməyən məşhur müğənni Rihannanın taxdığı bahalı zinət əşyalarının qiymətləri maraq oyadıb. Mtv.az xəbər verir ki, 5 ildən sonra səhnəyə çıxan ifaçının diqqət çəkən aksesuarlarından biri "Jacob & Co" tərəfindən hazırlanmış saatdır. Saatın kənarları 10 əyyarlıq 360 bahalı daşla haşiyələnib, qayışı isə timsah dərisindən hazırlanıb. Brendin saytında aksesuarın qiyməti 72 min dollar təşkil edir. Rihannanın qulağına taxdığı sırğaların qiyməti təxminən 12 min dollar təşkil edir. Müğənni qırmızı kombinezonunu qiyməti 130 min dollar olan "Joseph Saidian & Sons"dan üç vintec brilliant broş ilə tamamlayıb. Rihannanın görünüşünü tamamlayan ən bahalı aksesuar isə "Bayco"dan olan üzükdür. Brendin saytında yer alan məlumatlara görə, aksesuarın qiyməti 1 milyon dollardır. Beləliklə, müğənninin üzərindəki zərgərlik əşyalarının ümumi dəyəri 1,2 milyon dollara çatır. Qeyd edək ki, sözügedən çıxışı zamanı Rihannanın ikinci övladı olacağı ortaya çıxıb.









29 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti