Payızın ən dəbli rəngləri - foto
Aktrisalara Qətərə getmək üçün pul göndərilib
Filipp rus-özbək müğənni ilə gərginlik yaşyıb
İrem həmkarı ilə eşq yaşayır - foto

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Hollivud ulduzundan yeni fotosessiya

04-10-2022


Hollivud ulduzu Şeron Stoun "Vogue" jurnalının sentyabr buraxılışının siması olub. Mtv.az xəbər verir ki, 64 yaşlı aktrisa nəşrin ərəb bölməsi üçün kamera qarşısına keçib. Aktrisa etiraf edib ki, 2001-ci ildə keçirtdiyi insult onun gözəllik üçün etdirdiyi prosedurlara olan baxışını dəyişdirib. "Elə vaxtlar olub ki, şöhrətimin zirvəsində botoks, dolgu və başqa şeylər etmişəm. Sonra insult, beyin qanaxması keçirtmişəm. Üz tonumun qayıtması üçün 300-dən çox botoks və dolgu iynəsi vurdurmalı olmuşam. Mənə elə gəlir ki, hazırda həyatımın ən həyəcanlı və yaradıcı dövrünü yaşayıram. Özümü çox xoşbəxt hiss edirəm. Heç vaxt bu qədər sevinc hiss etməmişdim" deyə, Stoun bildirib. Xatırladaq ki, Stounun üç uşağı övladlıqdır. Aktrisa 2000-ci ildə "San Francisco Chronicle" jurnalının redaktoru Fil Bronşteynlə evlənərkən böyük oğlu Roeni övladlığa götürüb. 2003-cü ildə Fildən boşanmaq üçün məhkəməyə müraciət edib və uşağın qəyyumluğunu alıb. 2005-ci ildə Stoun Lairdini, bir il sonra isə Quinni övladlığa götürüb.















35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti