Müğənni eşq iddialarına cavab verdi
Ajda Pekkan şəxsi həyatı ilə bağlı etiraf etdi
Odri Hepbernin həyatından film çəkiləcək
Alişan aktrisa həyat yoldaşından danışdı 

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Model çılpaq fotolara görə tənqid olunub - foto

08-12-2021


Ötən əsrin 80-ci illərin məşhur modeli Pauilina Porizkova paylaşdığı çılpaq fotolara görə onu tənqid edənlərə cavab verib. Mtv.az xəbər verir ki, model sosial şəbəkədə ona yaşına uyğun nəyi, necə paylaşmaq lazım olduğunu izah edənlərə cavab olaraq yeni fotosunu yayımlayıb. O bildirib ki, heç kim ona qadağa qoya bilməz: "56 yaşım var və həyatımın ən gözəl illərini yaşayıram. İllərlə başqalarının qayğısına qaldıqdan sonra nəhayət özümə qulluq edə bilərəm. Təbii ki, mən də ehtiyac duyduğum vaxtlarda toxuyub, bişirib, günəş altında uzana bilərəm, eyni ilə tropik yerdə sevgilimin qucağında fotoşəkil çəkdirə. Bikinili və çılpaq şəkilləri paylaşıram, çünki rahat hiss edirəm. Mən bunu təriflər və ya bəyənmələr üçün etmirəm. Baxmayaraq ki, onları qəbul etmək həqiqətən xoşdur. Bunu ona görə edirəm ki, siz minlərlə gənc qadını belə görürsünüz - görməyə alışdığınız budur. Və heç kim onları mümkün qədər tez geyinməyə məcbur etmir. Yetkin bir qadına müdriklik, yumor, səbir icazə verilir, lakin seksuallıq deyil. Bu, əsas ictimai tabudur". Xatırladaq ki, yazılan tənqidlərin birində Paulinaya nəvələrinə vaxt ayırmalı olduğu, sevgilisi ilə çimməmək, dünyanı gəzməmək, bədənini yarıçılpaq şəkildə nümayiş etdirməmək və 16 yaşlı yeniyetmə kimi davranmamaq tövsiyə edilib.



47 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti