Müğənni eşq iddialarına cavab verdi
Ajda Pekkan şəxsi həyatı ilə bağlı etiraf etdi
Odri Hepbernin həyatından film çəkiləcək
Alişan aktrisa həyat yoldaşından danışdı 

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Model göz yaşlarına qərq oldu - foto

26-11-2021


Məşhur supermodel Bella Hadidin instaqramdakı son paylaşımları izləyicilərini kədərləndirib.

Mtv.az xəbər verir ki, gündəmə oturan fotolarda modelin göz yaşlarına qərq olduğu əks olunub. O, psixoloji problemlər yaşadığını, narahatlıq və çaşqınlıq hissi keçirdiyini etiraf edib.

"İşinizdə kifayət qədər yaxşı olmadığınızı və ya özünüzə güvənmədiyinizi düşünmək təbiidir. Bütün insanlar fərqlidir, hər birində xüsusi və unikal nələrsə var. Onlar unudurlar ki, əsasən hamı eyni hissləri keçirir: özünü itirmiş, çaşqın, niyə burada olduqlarını anlamayan. Bu narahatlığı hər kəs hiss edir, amma bunu gizlətməyə çalışırlar. Nöqsanlarımız və onlardan irəli gələn etibarsızlıq hissi ilə, sevinclə yaşayırıq və bunları təbii qəbul edirik. Artıq bir neçə ildir ki, mən bunu hər gün və hər gecə yaşayıram" - deyə, model bildirib.

Hadid sosial medianın reallıq kimi qəbul edilməməsi lazım olduğunu da vurğulayıb. O, bəzən eşitməyimiz lazım olan tək şeyin yalnız olmadığımızı bilmək olduğunu qeyd edib.

Problemlərini dərk etməyin çox vaxt sərf etdiyini deyən Hadid tunelin sonunda daim işıq olduğunu vurğulayıb. İzləyicilər modelə dürüstlüyünə görə təşəkkür edib və yanında olduqlarını bildiriblər.





42 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti