Vleriyanın biznesi müflis olmayıb
İrem dənizə şortiklə girdi - foto
İradə Vətən üçün darıxır
Sərdar Ortaç peşmançılığını etiraf etdi

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Afrikalı model "Kainat gözəli" seçildi - foto

10-12-2019


Afrikadan olan 26 yaşlı model və feminist Zozibin Tunzi "Kainat gözəli" seçilib.

Mtv.az xəbər verir ki,  model uzun illərdir öz ölkəsində modellik etməklə yanaşı, gender bərabərliyi və qadın-kişi hüquqlarının eyni olması ilə mübarizə aparır.

O, eyni zamanda məişət problemləri ilə mübarizə idarəsinin siması olub. Tunzi meksikadan və Puerto-Rikodan olan modelləri keçərək, taca sahib olub.

Mərasimdən sonra Kainat Gözəli qadın səlahiyyətlərinin artırılması ilə bağlı ürək sözlərindən danışıb.

İyirmi altı yaşlı Zozibini Tunzi Puerto Riko və Meksikadan olan finalçıları qabaqlayıb.

Tunzinin müsabiqənin yeni bir seqmenti olan gənc qadınlara özünə inam hissi aşılamaq istəməsi haqqında danışdığı yekun çıxışı alqışlarla qarşılanıb.

"Mənə bənzəyən, cildim və saçlarımın tipi olan bir qadının heç vaxt gözəl görünmədiyi düşünülən bir dünyada böyümüşəm",- Tunzi deyib.

"Düşünürəm ki, bu gün bunun bitdiyi vaxtdır" çıxışı gurultulu alqışlarla qarşılanıb.

Tunzi Atlantadakı Tayler Perri Studiosunda keçirilən 68-ci Kainat Gözəli yarışmasında dünyanın 90-dan çox iştirakçısından seçilib.

Rəqabət öncəsi iki favorit - Miss Tayland Pavinsuda Saetan-Drouin və Miss Filippin Qazini Qanados finala çıxmayıb.









265 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7


















6