Razi Əliyeva Mustafa Sandalla göründü - video

"Miss Azərbaycan 2017" Razi Əliyevanın türkiyəli müğənni Mustafa Sandalla görüntüləri yayılıb.
Mtv.az xəbər verir ki, Razi, model Kamilla Babayeva, aktrisa Mehin Hümbətova və digər rəfiqələri ifaçının dəvəti ilə İstanbula yollanıb.
İstanbulun dəbdəbəli məkanlarından birində keçən görüşdən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Xatırladaq ki, onların tanışlığı sözügedən rəfiqələrin Mustafanın repertuarında olan "Aya bənzər" mahnısına etdiyi rəqsin sosial şəbəkədə paylaşılmasından sonra başlayıb.
Onu da bildirək ki, görüş barədə Türkiyə mediasında da xəbərlər çıxıb. Razi Əliyevanın Mustafa Sandal ilə sevgili olduqları iddia edilib.
<iframe width="560" height="315" src="//ok.ru/videoembed/1467001342676" frameborder="0" allow="autoplay" allowfullscreen></iframe>
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
