Rusiyanın Xalq artisti dünyasını dəyişdi
Asena uzun saçlarını kəsdirdi - foto
Musiqili Teatrın aktyoru vəfat etdi
Alman modelin yarıçılpaq fotosu

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Modelin keçmiş əri açıqlamanı cavabsız qoymadı

19-05-2019


Türkiyədə yaşayan azərbaycanlı model Günay Musyaevanın keçmiş əri Tolqa Karellə bağlı verdiyi açıqlama cavabsız qalmayıb.

Mtv.az xəbər verir ki, boşandıqdan sonra başqa bir qadınla evlənib, ABŞ-a köçən aktyor keçmiş arvadı haqda şok iddialar irəli sürüb. O bildirib ki, Günay onu öldürtmək istəyib:

"Məni öldürməsi üçün tutduğu adamın tapılıb, hazırda həbsxanada olduğunu da dedi? Ya da, "Bir şərtlə boşanaram, məni Türkiyə vətəndaşı et" deyərək, boşanmanı bir il uzatdığını?

Evimi kirayə vermişdim, qalan insanlar zəng etdilər ki, mənzildən cadular tapdıq. Daha nələri deyim?dediklərimin hamısının sübutu var.

Müqəddəs ayda namaz qılıram, Allaha şükür edirəm ki, məni belə bir qadından xilas etdi. Mənim üçün o, bir ölüdür. Cahangir mənim oğlumdur. Amma gün gələcək gerçəkləri öyrənəcək və onun yanında bir dəqiqə belə qalmayacaq. deyəcəklərim bu qədər. Vaxtı gələndə, Cihangir doğru yolu görəcək. Həmin ana qədər səbirlə gözləyəcəm".

Xatırladaq ki, Günay Tolqa ilə bağlı "İki aylıq aliment ödədi, ondan sonra isə göndərmədi. Beş il içərisində cəmi min lirə (280 azn) ödəyib. Əvvəllər pedaqoqlar oğlumun atasını görməyini istəyirdi, bir müddət göstərdik, indi isə yoxluğuna öyrəşib. Beş ildə atasını çox az görüb. Oğlum Cahangirin həm atası, həm də anası olmuşam. Bəlkə ad günündə oğluma zəng edər deyə, düşünürdüm. Onu da etmədi. İnstaqramdan izləyir. Mən də oğlumla bağlı paylaşımlar etmirəm. Tolqanın valideynləri də bizi axtarmadı. Oğlumu tək böyüdürəm. Pis günlər yaşadıq, ancaq indi hər şey çox yaxşıdır. Atası haqda oğlumun yanında heç bir neqativ söhbətin getməsinə icazə vermirəm. Böyüyəndə görüşər ya yox, onu bilmirəm" sözlərini demişdi.

105 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22


21