Əməkdar Artist Yaşar Nurini yad etdi: “Yerin hər zaman görünür”
Şəbnəmin yeni fotosessiyası
Ayaz “Dəyişmərəm” dedi – video
Eldar Qasımov necə  insan olmaq istəyir?

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Sağlam və gözəl dəriyə sahib olmağa kömək edən bitki vannaları

12-11-2017


Bitki vannalarında istifadə edərək həm sağlamlığınızı, həm də dərinizi qoruya bilərsiniz. Bitki vannaları sağlamlaşdırıcı təsir edir və xoş əhval-ruhiyyə yaradır. Bundan başqa, bitki vannaları bədənə özünəməxsus zərif ətir bəxş edir.

Muztv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ətirli vanna  asanlıqla hazırlanaraq yorğunluğu aradan qaldırır, sinir sisteminə sakitləşdirici təsir göstərir, dərini cavanlaşdırır və təmizləyir.

10-12 dəqiqə 500 ml alma sirkəsi və 30 ml şampun vannası qəbul edilməsi cavanlaşdırıcı təsir göstərir.

10-15 dəqiqə 500 qram nişasta və 1 xörək qaşığı şam ağacı ekstraktı qarışığı ilə vanna qəbul edilməsinin dəriyə hamarlaşdırıcı təsiri var.

Hərəsindən 100 qram olmaqla lavanda, bədrənc yarpağı, istiotlu nanə yarpağı, rozmarin, kəklikotu və adaçayı bitkiləri qarışdırılır, 3 litr qaynar suda 15 dəqiqə dəmlənilərək 12 dəqiqə vanna qəbul edilməsi sinir sistemini sakitləşdirir, gərginlik və yorğunluğun qarşısını alır.

1,5 litr süd və 3 xörək qaşığı duru bal qarşığından ibarət 12 dəqiqəlik vanna qəbulu dərini tonuslandırır, onu hamar və elastik edir.
200 qram yulafın 1 litr suda 4 dəqiqə bişirilərək, vannaya əlavə edilib qəbul olunması dərini hamarlaşdırır və yumşaldır.

1 ədəd darçın çubuğu və 15 qram mixək 500 ml suda 15 dəqiqə qaynadılıb 1 saat dəmlənilir və onunla 12 dəqiqə vanna edilməsi gərginliyi azaldır.

Hərəsindən 5 damcı olmaqla çay ağacı yağı, küknar yağı, 3 damcı mərzə yağı, 2 damcı cirə yağı və 100 ml şərabın qarışdırılaraq vannaya əlavə edilməsi və 10-12 dəqiqə qəbul olunması yorğunluğu aradan qaldırır.

6 damcı vanil yağı, 5 damcı səndəl yağı, 4 damcı ətirşah yağı və 1 xörək qaşığı yağlı qaymaq qarışığı ilə 12 dəqiqə vanna qəbul edilməsi düşüncələri pozitivləşdirir.

50 qram ardıc meyvəsi 250 ml qaynar suda 30 dəqiqə saxlanılır, hərəsindən 2 damcı olmaqla səndəl və qızılgül yağının onun üzərinə əlavə olunub 10 dəqiqə vanna qəbul edilməsi stress əleyhinə təsir göstərir.

Üç xörək qaşığı şam ağacı ekstraktı və 3 damcı evkalipt yağı ilə 10 dəqiqə vanna qəbul edilməsi gün ərzində bədəni gümrah saxlayır.

30 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Noyabr


22 Noyabr