Xatirə nəhayət Vətənə qayıtdı – foto
Sərdar Ortac ata olmaq istəyir
Rəhim “Can” dedi - audio
Aygün qonağı belə qarşılayıb: Aktyorlar bizə xoş gəliblər 

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Yemişin sağlamlıq üçün 7 mühüm faydası

15-07-2017


Yemiş desert tərəvəz sayılır. Yemişin bir çox faydalı və müalicəvi xüsusiyyətləri var.

Muztv.az xəbər verir ki, yemişin tərkibində A, B qrupu, E, PP vitaminləri, bir çox minerallar (kalium, kalsium, maqnezium, sink, mis, dəmir, ftor, fosfor və s.), qidalı liflər var.

Belə zəngin tərkibin sayəsində yemiş bir çox orqan və sistemlər üçün faydalıdır.

1. Kalium və maqneziumla zəngin olan yemiş ürək-damar sistemi üçün olduqca faydalıdır, ürəyə olan gərginliyi azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir.
2. Yemiş qan üçün çox faydalıdır. Onun tərkibində qanın keyfiyyətini yaxşılaşdıran dəmir, mis, fol turşusu var.
3. Yemiş antisstress təsirə malikdir - əhval-ruhiyyəni yaxşılaşdırır, stressi azaldır, yuxusuzluğu aradan qaldırır.
4. Qidalı liflərlə zəngin olan yemiş bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaq xərçənginin riskini azaldır, qanda xolesterolun səviyyəsini aşağı salır.
5. Yemiş böyrəklər və sidik kisəsi üçün faydalıdır.
6. Yemiş qaraciyəri təmizləyir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
7. Yemiş təbii afrodiziak (cinsi həvəsi artıran maddə) sayılır. Yemiş və xüsusilə onun toxumları qədim zamanlardan potensiyanı (kişi gücü) artıran təbii vasitə kimi tanınır.

104 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Noyabr
























































17 Noyabr