Lindsi Lohanı çimərlikdə gördülər - foto
Nura Suri kimdən və nədən şikayətlənib?
Əməkdar Artist bacısı ilə şəklini paylaşdı
Elton bəzi həmkarlarını tənqid atəşinə tutdu

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Təmiz dəriyə sahib olmaq üçün pilinq maskası

04-05-2017


Hər kəsin xəyalı gözəl və təmiz dəriyə sahib olmaqdır. Bu xəyalımızı gerçəkləşdirmək üçün müxtəlif üsullardan istifadə edirik. Pilinq də dərimizin təmizliyi üçün istifadə etdiyimiz üsullardan biridir.

Muztv.az Türkiyə mətbuatına istinadən bir neçə pilinq maskasını təqdim edir.

Şəkər tozu və zeytun yağı: 
1 qaşıq zeytun yağı ilə 1 qaşıq şəkər tozunu qarışdırın. Əldə edilən məhlulu yavaş-yavaş masaj edərək üzünüzə vurun. 5 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun.

Qara şəkər tozu və bal:
1 çay qaşığı qara şəkər tozunu 1 çay qaşığı bal ilə qarışdırın. Barmaqlarınızı su ilə isladıb maskanı üzünüzə vurun. Masaj etdikdən sonra üzünüzü bol su ilə durulayın.

Banan, süd və yulaf:
Bu pilinq üçün 1 ədəd banan, 1 xörək qaşığı süd və 2 xörək qaşığı yulaf lazım olacaq. Bananı əzib üzərinə südü əlavə edin, ardınca yulafı da əlavə edib qarışdırın. Bu məhlulu üzünüzə və boynunuza eyni miqdarda vurun. Ölü piqmentlərdən xilas olmaq üçün 3-4 dəqiqə masaj edin. daha sonra isə ilıq su ilə üzünüzü durulayın.

Badam və bal:
6 ədəd badamı toz halına gətirin və 1 çay qaşığı bal ilə qarışdırın. Eyni miqdarda üzünüzə vurduqdan sonra bir neçə dəqiqə gözləyin. Daha sonra isə üzünüz ilıq su ilə yuyun.

Bal və darçın:
Qabın içinə 1/4 çay qaşığı darçını və 1 xörək qaşığı balı əlavə edin. Ərzaqları qarışdırıb dairəvi şəkildə üzünüzə vurun. 30 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın.

200 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 İyun


19 İyun