Kıvanç yeni layihdə yer alacaq
Tərlan Nur Yaşar koronavirusa yoluxdu
Geyimləri ilə qırmızı xalçaya çıxdılar - foto
"Hülya Avşar Tatlısəsə dəli kimi aşiq idi..."

Facebook instagram Twitter Youtube
FİLM

Soyqırıma həsr olunmuş 5 film - video

31-03-2017


Soyqırım mövzusu dünya kinosunun zaman-zaman gündəminə gəlib. Məşhur rejissorlar xalqların həyatında baş vermiş bu faciəli günləri ekranlaşdırmağa çalışıblar.

Muztv.az soyqırımlarla bağlı çəkilən 5 filmin tizerini təqdim edir.

1.“Şindlerin siyahısı”:

Film real hadisələrla bağlı lentə alınıb. Almaniyalı Oskar Şindler mina məmulatlarının istehsalı üzrə fəaliyyət göstərən zavoda nasistlər tərəfindən qovulmuş yəhudiləri işə götürür. Oskar  bu addımı ilə mindən çox yəhudininin həyatını xilas edir.



2. “Sofinin seçimi”:

Meril Strip iki övladı arasında seçim etmək məcburiyyətində qalan polşalı yəhudi obrazını canlandırır. Ekran əsərində alman zabiti Merilinə iki uşağından birini öldürməyi və digərinin həyatını bağışlamağı təklif edir. Əgər Strip seçim etməkdə çətinlik çəkərsə zabit hər iki övladını öldürəcəyini deyir.



3. “Pianoçu”:

Roman Polanskinin avtobioqrafik əsəridi. Film 30-cu illərdə cərəyan edən müharibədən bəhs edir.  Baş rolu canlandıran obraz Osventsim həbs düşərgəsindən qaçmağa müvəffəq olur.



4. “Apokalipsis”:

Film aktyor- rejissor Mell Gibsonun lentə aldığı ən uğurlu ekran əsəridir. Film mayya qəbiləsi ilə bağlı tarixi hekayələr əsasında lentə alınıb. Qonşu tayfaların müharibəsindən bəhs edən bu film tropik cəngəlliklərdə lentə alınıb.



5. “Gəl və gör”:
Belarusfilmin istehsalı olan ekran əsəri sənədli faktlar əsasında lentə alınıb. Film 16 yaşlı balaca oğlanın partizanlarla birlikdə meşəyə yola düşməsindən və faşistlərin dəhşətli işgəncələrini görərək böyüməsindən bəhs edir.


 

843 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti