FİLM
“Qız qalası” filmi beynəlxaq uğur qazanıb
22-02-2023

Müstəqil kinematoqrafçılar tərəfindən istehsal olunan qısametrajlı “Qız qalası” filmi bir neçə nüfuzlu beynəlxalq festivallarda ölkəmizi təmsil edərək kino sənayesinin inkişafına töhfəsini verib. Mtv.az xəbər verir ki, film İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç, Slovakiya kimi ölkələrin müxtəlif festivallarında qalib olub. Xatırladaq ki, filmin rejissoru və ssenari müəllifi Mehdi Ağayevdir. Baş rolları Könül Cəfərzadə, Türkay Cəfərli və Kamran Ağabalayev ifa ediblər. Müasir cəmiyyətdə mövcud olan problemləri kino dili ilə üzə çıxaran filmin Azərbaycanda premyerası 2023-cü ilin fevral ayında baş tutacaq.
42 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
2 İyun
1 İyun