Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb
Bülənt Ərsoy yeni imici ilə diqqət çəkib - foto
"Şirinə" obrazını Rihanna səsləndirəcək

Facebook instagram Twitter Youtube
FİLM

“Yaradanlar” beynəlxalq festivala namizəd oldu

22-12-2022


Azərbaycanlı rejissor Şamil Əliyevin “Yaradanlar” (CREATORS) filmi 95–ci Oskar Akademiyasının mükafatına namizədlərin siyahısına daxil olunub. Mtv.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə 2020–ci ildə “Salnamə” kinostudiyasında lentə alınan “Yaradanlar” filmi beynəlxalq festivallarda zəfər yürüşünü uğurla davam etdirir. Ekran əsəri XX əsrin görkəmli Azərbaycan memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda kommunist–bolşevik ideologiyasının Azərbaycanın mədəni irsinə və düşüncə tərzinə amansız təsirinin öyrənilməsindən bəhs edir. Xatırladaq ki, 95–ci “Oskar” mükafatlarının təqdimetmə mərasimi 2023–cü ilin martın 12–də keçiriləcək. Filmin ideya müəllifi professor Elbay Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, quruluşçu operatoru Rüfət Süleymanov, rəssamı Lalə Hüseynzadə, bəstəkarı Azər Əsgərov, prodüseri Nazim Hüseynovdur.

46 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti