Müğənni Türkiyədən köçür
Müğənni evli kişini sevir
Hollivud ulduzları eyni filmdə rol alacaq - foto
"Tatu" qrupu fəaliyyətini bərpa edir

Facebook instagram Twitter Youtube
FİLM

"Heç bir seriala, filmə çəkilmirəm..."

03-09-2021


"Heç bir seriala, filmə çəkilmirəm. Heyif məndən. Bunun axırı necə olacaq bilmirəm. Hərdən özümə deyirəm ki, mən batıb gedirəm. Nə qədər tamaşaçı yazır ki, Naibə xanım, sizin obrazlarınızla böyümüşük. Niyə sizi yenidən efirdə görmürük?" Mtv.az xəbər verir ki, bunu Xalq artisti Naibə Allahverdiyeva deyib. Bir ildən çoxdur pandemiyaya görə teatrların fəaliyyətinin dayandırılması ilə əlaqədar işsiz qalan aktrisa səhnə üçün darıxdığını deyib. N.Allahverdiyeva hazırda lentə alınan serialları tənqid edib: "Bizim vaxtımızda universitetdə oxuyanda filmə, seriala çəkilmək olmazdı. Deyirdilər, bu sənətin sirrlərini öyrənin sonra. İndikilər universiteti bitirən kimi seriala qaçırlar. Gənc aktyorlar bədbəxtdirlər. Çünki indi peşəkar rejissor yoxdur. Rejissor ədəbiyyatı bilməlidir. Sonra oturub serial, film çəkməlidir. Özü bir şey bilməyən rejissor bu aktyor və aktrisaya nə öyrədəcək? Ədəbi dilimiz seriallarda bərbad hala salınır. Buna niyə nəzarət edilmir? İrad tutanda deyilir, səmimilik yaradırıq. Filmin, efirin öz dili var. Məişət dili efirdə olmaz. İkinci bəla isə odur ki, qardaş, sevgili, dost seriala çəkilir. Sənətin qardaşı, dostu, sevgilisi olmur. Bizim sənət biabırçılıqdır, bəsitləşib, adiləşib. Çox ucuzlaşdırdılar bu sənəti. Biz və bizdən əvvəl olan nəsil teatrı çiynimizdə bu dövrə gətirdik. Amma indi gələcəyi yoxdur. O vaxtlar Adil İsgəndərov "Otello" tamaşasını hazırlayırdı. Həmin ərəfədə Ələsgər Ələsgərovla münasibətləri soyuq idi. Amma çağırdı onu teatra ki, obrazı oynasın. Hamı təəccübləndi ki, axı siz danışmırsınız. Cavab verdi ki, bu teatrda bu obrazı oynayacaq adam var? İndikilər belə deyil. Baxırsan görünüşü yaxşıdır, ağzını açanda görürsən ki, obraza uyğun deyil. Aktyorun görünüşü kimi səsi də obraza uyğun olmalıdır. Tamaşaçını inandırmalısan. Bir-iki dəfə oturub seriallara baxdım ki, görüm necədir. Mən onların obrazına inanmadım".

64 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti