Repçi altı saata 1 milyon dollar qazandı - foto
Bergüzar yenidən ayrıldı
Şəbnəm Tapdıq əcnəbi ifaçıları tənqid etdi
Aktrisası virusa yoluxub - foto

Facebook instagram Twitter Youtube
FİLM

Kosmosda filmə çəkiləcək aktrisa əməliyyata göndərildi - foto

07-04-2021


Rusiya istehsalı olacaq və Beynəlxalq Kosmik Stansiyada (BKS) çəkiləcək ilk film üçün seçilən aktrisa Svetlana Xodçenkova əməliyyata göndərilib. Mtv.az xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” qeyri-rəsmi mənbəyə istinadən xəbər verir. Xodçenkova “Vızov” (“Çağırış”) filmində əsas rol üçün iyirmi əsas namizəddən biridir. Bildirilir ki, aktrisaya LOR orqanlarında əməliyyat aparılması tövsiyə olunub. Məlumata görə, otorinolarinqoloqa müraciət üçün bir neçə səbəb ola bilər: badamcıq vəzilərinin (BKS-in qapalı məkanında iltihablana bilər) götürülməsi və hündürlük artdıqca pisləşən, şiddətli ağrıya səbəb ola bilən qaymoritdir. Onun müalicəsi yalnız astronavtlara deyil, pilotlara da tövsiyə olunur. Bundan əlavə, gələcək astronavtların diş problemləri (karies, diş əti xəstəlikləri) uçuşdan əvvəl aradan qaldırılmalıdır. Xodçenkovadan əlavə Svetlana İvanova, Olqa Kuzmina və Maria Valeşnaya filmdə rol almaq üçün müraciət ediblər. Film “Roskosmos”, “Pervıy kanal”, həmçinin “Yellow, Black and White” studiyasının ortaq layihəsidir. Çəkilişlər 2021-ci ilin payızında Klim Şipenkonun rejissorluğu ilə Beynəlxalq Kosmik Stansiyada baş tutacaq. Əsas rola təyin olunmuş aktrisa, onun dublyoru, rejissoru Klim Şipenko və kosmonavt Anton Şkaplerov sentyabrın 20-də BKS-ə yollanacaqlar. Çəkiliş qrupu bir neçə gün orbitdə olacaq və oktyabrda Yerə qayıdacaq.











16 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Aprel




















10 Aprel