Aktyorun əvvəl məhkum olduğu üzə çıxdı
"Hörümçək adam" aktrisaya vurulub - foto
“Ən yaxşı qadın aktrisa” oldu
Şevval Sam gözəllik sirrini açdı - foto

Facebook instagram Twitter Youtube
FİLM

“Qarabağ – geri dönən xoşbəxtliyim” filmi çəkildi - foto

14-01-2021


“Qarabağ – geri dönən xoşbəxtliyim” filmi Qazaxıstanda Qarabağ münaqişəsinin tarixində konfliktin səbəbləri, gedişi və nəticələri barədə qazax və rus dillərində qazaxıstanlı rejissorlar tərəfindən çəkilən ilk belə əhatəli sənədli filmdir.

Mtv.a xəbər verir ki, ekran işinin süjet xətti öz ardıcıllığı və dinamikası ilə seçilir, münaqişə barədə Azərbaycanın haqlı mövqeyini geniş ictimaiyyətə çatdıra biləcək dəqiq və dolğun məlumatlarla zəngindir. Qarabağın azadlığının rəmzi olan “Xarı- bülbül” haqda ətraflı məlumat verilib.

Qazaxıstanlı jurnalist Almas Altayın müəllifi olduğu film qazaxıstanlı politoloqlar, jurnalist və bloqerlərdən ibarət 10 nəfərlik heyətin Azərbaycana səfəri, Bakı, Bərdə, Gəncə və Şamaxı şəhərlərini ziyarətləri zamanı çəkilən, müharibənin müxtəlif məqamlarını əks etdirən kadrlar, habelə tarixi videogörüntülər əsasında lentə alınıb.

Qeyd edək ki, 10 nəfərlik nümayəndə heyətinin ölkəmizə səfəri Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil olunmuşdu.

Filmin təqdimatı Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində keçirilib.

Film yaxın günlərdə Azərbaycanın CBC televiziya kanalı ilə yayımlanacaq.







53 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti