Aktrisa öz evinə köçüb
Oksana Türkiyədə serialın çəkilişi zamanı - foto
Britni 13 ildən sonra azad yaşayacaq
Məryəm reklamdan 6 milyon qazanıb

Facebook instagram Twitter Youtube
FİLM

“DokuBaku” festivalında 36 film göstərildi

07-12-2020


“DokuBaku” dünyanın sənədli film yaradıcılarını Azərbaycanda toplayan müstəqil beynəlxalq sənədli film festivalıdır.

Mtv.az xəbər verir ki, bu il 4-cü “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı “Dəyişikliklər” mövzusu altında onlayn formatda gerçəkləşib.

Noyabrın 30-da başlayan festivala dekabrın 6-da yekun vurulub. Bir həftə ərzində dafilms.com beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunub. Hər kəs platformada qeydiyyatdan keçərək günün istənilən saatı filmləri ödənişsiz izləyib. Festivalın icraçı direktoru – sənədli filmlər rejissoru Oktay Namazov bildirib ki, Azərbaycanca və ingiliscə altyazı ilə nümayiş sənədli filmləri izləyiciyə daha əlçatan edirb

Bu il festival 53 ölkədən 250-dən çox film qəbul edib. Onların içərisindən seçilən xarici tammetrajlı, qısametrajlı, eləcə də yerli filmlər auditoriyaya təqdim olunub. Sonda beynəlxalq və yerli mütəxəssislərdən ibarət münsiflər heyəti ümumilikdə 4 kateqoriyada qalibi seçib: ən yaxşı tammetrajlı sənədli film; ən yaxşı beynəlxalq qısa və yerli sənədli filmlər; “X kateqoriyası”.

Festival filmləri barədə ətraflı məlumatı aşağıdakı linkdə əldə etmək olar: https://az.dokubaku.az/program.

 

144 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti