“İkinci ömür” adlı yeni bədii film çəkilir

“SSP Production” və “Alioğlu Media Group”un dəstəyi ilə “İkinci ömür” adlı yeni bədii filmin çəkilişlərinə başlanılıb.
Mtv.az xəbər verir ki, bu barədə filmin ssenari müəllifi Cəlaləddin Qasımov bildirib.
O deyib ki, filmin çəkilişləri Gəncə, Şəmkir və Bakıda, əksər hissəsi isə Tovuz rayonunda, yaşayış məkanlarından uzaqda yerləşən dağlarda aparılır.
Filmin quruluşçu rejissorları Amil Əlioğlu, Cəlaləddin Qasımov, quruluşçu operatoru Murad Nəzərli, səs rejissoru Aleksandra İsmayılova, rejissor assistenti Bahar Babazadədir. Filmdə Əjdər Zeynalov, Flora Hüseynova, Sabir Məmmədov, Rövşən Məmmədov və Amil Əlioğlu çəkilir.
“İkinci ömür” bədii filmi iqlim dəyişikliklərindən, ekologiyanın pozulmasından, saxta qidalar səbəbindən xəstəliklərin artıb yayılmasından bəhs edir.
Filmdə baş verən hadisələr real həyatdan götürülüb.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
