Filmdən qovulması iddialarını yalanladı

Məşhur aktrisa Ember Herd filmindən qovulması haqqında yayılan şaiyələrə aydınlıq gətirib.
Mtv.az xəbər verir ki, Ember bir müddət əvvəl həyat yoldaşı Conni Deppi ona şiddət göstərdiyi iddaları ilə məhkəməyə verib. Məhkəmədə Herdin şiddət məruz qaldığı təsdiqləndikdən sonra, Conni yeni filmindən geri çəkilməyə məcbur edilib. Bundan sonra Deppin pərəstişkarları Emberin də yeni filmi “Aquaman 3”-dən qovulmasını tələb edib.
Baş verənlərdən sonra aktrisa bildirib ki, bu qərar onu sevindirib:
”Rol alacağım “Aquaman 3” fanat ordumu daha da genişləndirəcək. Filmdə çəkilmək üçün böyük həyəcan hissi keçirirəm. Yenidən çəkiliş məkanına qayıdacağım üçün səbirsizlənirəm. Sosial mediada pul müqabilində yayılan şaiyələr və mənə qarşı hazırlanan qarapiyar kampaniyaları filmə çəkilməyimə mane ola bilməyəcək. Çünki haqqımda yayılan dedi-qoduların heç biri doğru deyil".
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
