Aktrisa haqqında həqiqətlər üzə çıxdı - foto
Nicat saç əkdirməyi planlaşdırır
 Meryem qız anası oldu
Fatimə oğluna hansı qadağaları qoyub?

Facebook instagram Twitter Youtube
FİLM

Animasiya filminin ikinci hissəsi hazırlanır

19-11-2020


“Azanfilm” studiyası “Tıq-tıq və dostları möcüzələr axtarışında” maarifləndirici, çoxhissəli animasiya filminin ikinci hissəsinin istehsalını davam etdirir.

Mtv.az xəbər verir ki, filmin istehsalının 2021-ci ilin mart ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azanfilm” Studiyasında istehsal olunan animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, rəssamı Kübra Binnətova, redaktoru Yusif Şeyxov, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

Filminin ikinci hissəsində Tıq-tıq öz dostları ilə qədim yaşayış məskənlərimizdən olan Qobustana səyahət edir.

Qobustan barədə maraqlı məlumatları balaca dostlarımıza çatdıracaq filmdə qəhrəmanlarımızın başlarına qeyri-adi və sirli hadisələr də gələcək. Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaq.

87 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Yanvar


















15 Yanvar