Aktrisa haqqında həqiqətlər üzə çıxdı - foto
Nicat saç əkdirməyi planlaşdırır
 Meryem qız anası oldu
Fatimə oğluna hansı qadağaları qoyub?

Facebook instagram Twitter Youtube
FİLM

Kosmosda çəkiləcək filmdə baş rolu qadın oynayacaq

04-11-2020


lk dəfə kosmosda çəkiləcək bədii filmdə baş rolu qadın aktrisa canlandıracaq.

Mtv.az xəbər verir ki, bu barədə Rusiyanın “Birinci kanal”ı məlumat yayıb.

Məlumatda bildirilib ki, filmin prodüserləri süjetin maraqlı olması üçün belə qənaətə gəliblər. Filmin yaradıcıları əvvəlcə iki ssenari hazırlayaraq kişi və qadınlar arasında müsabiqə keçirməyi nəzərdə tutmuşdular. Lakin onlar yekunda filmdə qadının baş rolda çəkilməsinə üstünlük veriblər.

“Çağırış” adlı kosmik dram “Roskosmos”, “Birinci kanal” və “Yellow, Black and White” studiyasının birgə layihəsidir. Çəkilişlər 2021-ci ilin payızında Beynəlxalq Kosmik Stansiyasında aparılacaq.

Yaxın vaxtlarda “Birinci kanal” baş rolda çıxış edəcək aktrisanı və onun dublyorunu seçmək üçün qadınlar arasında müsabiqə elan edəcək. Müsabiqənin qalibi əvvəlcə “Roskosmos” uçuş komissiyasından, sonra isə kosmonavtlar məktəbində təlimdən keçməli olacaq.

89 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Yanvar


















15 Yanvar